Ötənlərin məşhur futbolçusu, 1988-ci il Yay Olimpiya oyunlarının qalibi olan İqor Ponomaryovun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Qol.Az-ın məlumatına görə, Ponomaryovun yubileyində vaxtı ilə onunla birgə oynamış veteran futbolçular, hazırda karyerasını davam etdirənlər, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələri, AFFA, PFL, klub rəsmiləri iştirak ediblər. Səbəbkarı xoş günündə təbrik etmək üçün həmçinin Anar Məmmədxanlı, Eldar Mansurov, Bəhram Bağırzadə, Tahir İmanov kimi tanınmışlara da rast gəlmək mümkün idi.
Tədbiri giriş sözü ilə səbəbkarın özü açdı. Qonaqları salamladıqdan sonra İqor Anatolyeviç sözü tədbirin aparıcıları - Anar Məmmədxanlı və Murad Dadaşova verib. Daha sonra məclis iştirakçılarına Ponomaryovun 50 illik həyatını təsvir edən video çarx nümayiş etdirilib.
Gənclər və İdman Nazirliyinin Futbol Şöbəsinin rəhbəri Mirkamil Rəhimov yubilyara Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İqor Anatolyeviç Ponomaryovu Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə imzaladığı sərəncamı təqdim edib.
Daha sonra çıxış edən AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Ponomaryova milli komandamızın üzərində 50 nömrə yazılmış formasını təqdim edib.
Üzərinə 50 rəqəmi həkk olunmuş “Neftçi”nin formasını Ponomaryova isə “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov təqdim edib. T.Süleymanov həmçinin “Neftçi”nin prezidenti Sadıq Sadıqovun imzaladığı təbrik məktubunu da ona çatdırıb.
“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov da klub prezidenti Hafiz Məmmədovun təbrikini və paytxt klubunun hədiyyəsini səbəbkara çatdırıb.
“Palmali” Şirkətlər Qrupunun rəsmisi Xəzər Mirzəyev, “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov da səbəbkarı təbrik edərək, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov və vitse-prezident Mais Mənsimovun ən xoş arzularını Ponomaryova söyləyiblər.
Daha sonra tədbirdə ötənlərin məşhur futbolçuları - Anatoli Bışovets, Stanislav Çerçesov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Oqtay Abdullayev, Asif Əliyev və başqaları da çıxış edərək, səbəbkara ən xoş arzularını bildiriblər.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu