“Olimpik-Şüvəlan”ın üzvü İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi.
-Mövsümün əvvəlində böyük ümidlərlə “Olimpik-Şüvəlan”a transfer olunan İlqar Qurbanov yalnız XXII turda yeni komandasında qol hesabını açdı. Bunun səbəbini nədə görürsən?
- Mənim əsas vəzifəm qol vurmaq yox, komandamın uğurlu çıxış etməsinə yardımçı olmaqdır. Mən fərqlənməsəm də, olar. Əsas odur ki, “Olimpik-Şüvəlan” qələbə qazansın, çempionatda uğurlu çıxış etsin. Amma ümumi götürdükdə, hər bir oyunçu kimi mən də daha çox qol vurmaq istəyirəm.
- Dedin ki, əsas sənin fərqlənməyin yox, “Olimpik-Şüvəlan”ın uğurlu çıxış etməsidir. Amma komandanın ilk mərhələdəki çıxışına heç cür uğurlu demək olmaz. Ən azından ona görə ki, ilk “altılıq”dan kənarda qaldınız...
- Düzdür, bu fikirlə tam razıyam. Çıxışımıza heç cür uğurlu demək olmaz. Ona görə ki, komanda həlledici mərhələdən kənarda qaldı. Amma indi qarşıda bizi kubok oyunları gözləyir. İndi bütün diqqətimizi məhz kuboka yönəltmişik. Mövsümü boşa verməmək üçün məhz kubokda uğurlu çıxış etməliyik.
- “Olimpik-Şüvəlan”ın ilk “altılıq”dan kənarda qalmasının səbəbini nədə görürsən?
- Biz bəzi oyunlarda çox uğursuz çıxış etdik, lazımsız xal itkilərinə yol verdik. Əgər həmin səhvləri etməsəydik, indi artıq biz də əsas mərhələdəydik.
- Komandanın uğursuz çıxışına məşqçi dəyişikliyi nə dərəcədə təsir etdi?
- Əsgər Abdullayev komandada artıq 4 il idi ki, çalışırdı. “Olimpik-Şüvəlan”ın pis günündə, yaxşı günündə də komandaya o rəhbərlik edirdi. Hətta iki il əvvəl məhz onun rəhbərliyi altında komanda çempion adını da qazanmağa yaxın idi. Lakin futbolda məşçi dəyişikliyi qaçılmazdır. Hesab edirəm ki. Nazim Süleymanovun gəlişindən sonra komandada yaxşı mənada dəyişiklik hiss olunur. Amma əvvəkli turlarda itirdiyimiz xallar bizə ilk “altılığ”a vəsiqə qazanmağa mane oldu.
- Kubokda “Simurq”u mübarizədən kənarlaşdırmaq mümkün olacaq?
-Bizim də istəyimiz budur. Kubok mübarizəsi hər zaman bir qədər fərqli alınır. İndiki halda “Simurq”u mübarizədən kənarlaşdırıb, yarımfinala vəsiqə qazanmaq istəyirik. Hazırda avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yolumuz məhz kuboku qazanmaqdan keçir. Buna görə də mövsümü boşa verməmək adına bütün gücümüzü ortaya qoyacağıq.
- İlk “altılıq”dan kənarda qaldıqdan sonra “Simurq” 7 aparıcı futbolçusu ilə vidalaşdı. Bu amili sizin üçün əlavə üstünlük hesab etmək olar?
- Sözün açığı, mən əvvəlcə “Simurq”un ilk “altılığ”a vəsiqə qazanacağına yüz faiz əmin idim. Onların həlledici mərhələdən kənarda qalması mənim üçün sürpriz oldu. O ki qaldı heyətdəki dəyişikliklərə, yəqin ki, futbolçuları çoxdur. Bu səbəbdən belə addım atıblar.
- Mövsümün sonuna elə də çox qalmayıb. Artıq indidən gələcək karyeranla bağlı nə düşünürsən?
- Sözün açığı, hazırda bütün diqqətimi “Olimpik-Şüvəlan”ın uğurlu çıxışına yönəltmişəm. Mövsümün sonunacan çox şey dəyişə bilər. Buna görə də indidən gələcək karyeramla bağlı nəsə açıqlama verməyim düz çıxmaz. Qışda təkliflər var idi, amma müqaviləm olduğu üçün qaldım.
- Son günlər Bülənt Uyğunun “Neftçi”nin baş məşqçisi postuna gətiriləcəyi deyilir. Sən Bülənt Uyğunun rəhbərliyi altında “Sivasspor”da çıxış etmisən. Onu yaxından tanıyan biri kimi, necə düşünürsən, Uyğun “Neftçi”yə nə dərəcədə xeyir verə bilər?
- Bülənt Uyğun çox yaxşı məşqçidir. O əsl peşəkardır. Azərbaycanda bəzən klub rəhbərləri məşqçilərin işinə qarışırlar. Amma Bülənt Uyğun belə bir şeyə heç vaxt yol verməz. İnanıram ki, o “Neftçi”yə gəlsə, komandaya böyük uğurlar qazandıracaq. Ən azından “Neftçi” avrokuboklara vəsiqə qazanacaq. Qışda Bülənt Uyğun mənimlə əlaqə saxladı və “Neftçi”dən təklif aldığını dedi. Məndən komandadakı futbolçular haqda soruşdu. Amma son günlər mənimlə bu barədə əlaqə saxlamayıb.
- Bülənt Uyğun “Neftçi”yə gəlsə, səni də həmin komandada görə bilərik?
- Ola bilər. İndidən amma bu haqda nəsə demək tezdir. Amma Bülənt hoca istəsə, məmnuniyyətlə, ona kömək edə bilərəm. Bizim onunla yaxşı əlaqələrimiz var. İndinin özündə də münasibətlərimiz yüksək səviyyədədir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu