Tahir Süleymanov: "Baş məşqçi seçimində tələsmirik"

Tahir Süleymanov: "Baş məşqçi seçimində tələsmirik"
ÖLKƏ FUTBOLU 24 Fevral 2010 / 17:13 2833
-  A +

“Neftçi” klubuna fevralın 26-dan etibarən məşqçilər korpusu rəhbərlik edəcək. Bu haqda Qol.Az-a “ağ-qaralar”ın vtse-prezidenti Tahir Süleymanov məlumat verib. Süleymanovun sözlərinə görə, növbəti oyunlara komandanı Arif Əsədov və Şakir Qəribov çıxaracaqlar: “Ayın 26-da komandamız məşqləri bərpa edir. Həmin gündən etibarən komandaya məşqçilər korpusu - Arif Əsədov və Şakir Qəribov başçılıq edəcək. Baş məşqçi seçimində tələsmirik. Buna görə də hələlik komanda adını çəkdiklərim mütəxəssislərə həvalə olunub. Hadisələrin sonrakı gedişatı komandanın qazanacağı nəticələrdən asılı olacaq”.

Daha çox


Son xəbərlər