“Neftçi” futbol komandasında baş məşqçi səlahiyyətlərini Arif Əsədov yerinə yetirəcək. Bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, Vaqif Sadıqovun baş məşqçi postundan istefasından sonra “Neftçi” rəhbərliyi məşqçilər korpusunda yer alan Şakir Qəribovla Arif Əsədova etimad göstərib. Amma baş məşqçi funksiyalarının icrası Əsədova tapşırılıb. Əşrəfoğlu yeni baş məşqçi təyinatınadək bu vəzifədə məhz gənc mütəxəssisin çalışacağını deyib: “Yeni baş məşqçi məsələsi klubumuzun prezidenti Sadıq Sadıqovun səlahiyyətindədir. İnşallah, “Neftçi”yə adına layiq mütəxəssis başçılıq edəcək. Hazırda isə klubumuzun rəhbərliyi Arif Əsədova etimad göstərmək qərarına gəlib”.
Mənbə: lent.az
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi