Berti Foqts: "Hoffenhaym Araz Abdullayevlə maraqlanırdı"

Berti Foqts: "Hoffenhaym Araz Abdullayevlə maraqlanırdı"
ÖLKƏ FUTBOLU 24 Fevral 2010 / 15:18 2838
-  A +

Almaniyanın “Hoffenhaym” klubunun rəhbərliyi bir müddət əvvəl Araz Abdullayevə maraq göstərib. Qol.Az-ın məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində milli komandamızın baş məşqçisi Berti Foqts bildirib: “Amma təəssüflər olsun ki, Araz “Neftçi” klubunda heç “18”liyə salınmırdı. Bax mən də buna cavab axtarıram, “Neftçi” onu niyə ehtiyatda saxlayırdı?” Qeyd edək ki, Araz Abdullayev hazırda Rusiya çempionu “Rubin” klubunun əvəzedici heyətində çıxış edir.

Daha çox


Son xəbərlər