“İnter”in baş məşqçisi Kaxaber Sxadadze futbolçularına 4 günlük istirahət verib. Qol.Az-ın məlumatına görə, bu haqda gürcü mütəxəssis dünən ANS kanalında efirə gedən “Bol-futbol” verilişində çıxış edərkən deyib. Fevralın 26-dan etibarən məşqləri bərpa edəcəklərini söyləyən Sxadadze komandanın bir neçə üzvünün millinin düşərgəsində olmasına da münasibət bildirib: “Hazırda bir çox futbolçularımız millinin düşərgəsindədirlər. Bir tərəfdən bu məni çox sevindirir. Amma digər tərəfdən də narahat edir. Çünki komanda halında məşq edə bilmirik. Bununla belə, inanıram ki, futbolçularım millinin düşərgəsində də özlərini göstərə biləcək və komandalarına qələbə qazanmaqda yardımçı olacaqlar”.
K.Sxadadze komandasının çempionatdakı durumu barədə də fikirlərini bölüşüb: “İlk mərhələni birinci pillədə, rəqiblərimizdən bir xeyli irəlidə başa vurduq. Adi çempionat olsaydı, biz artıq çempion idik. Anmma hazırda “altılıq” sistemi tətbiq olunur. Buna görə də bizim üçün hər şey yenidən başlayır. Əsas mübarizə hələ irəlidədir”.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi