Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.az saytına müsahibəsi
- Premyer Liqada qış fasiləsi başa çatdı. Komandaların fasilədən sonrakı ilk oyunları haqda fikirlərinizi bilmək istərdik.
- Oyunlar hamısı normal keçdi. Bir neçə turdan sonra geniş nəsə demək olar.
- “Qarabağ” – “Neftçi” matçı barədə nə deyə bilərsiniz? Oyun ətrafında bir qədər söz-söhbətlər oldu.
- Maraqlı oyun oldu. “Neftçi” udurdu, ancaq “Qarabağ” qol vurdu hesab bərabərləşdirdi. Hər komanda bir xal qazandı.
- Oyunun baş hakimi Ramil Diniyevin qərarları “Neftçi”nin narazılığına səbəb oldu. Hətta AFFA-nın İntizam Komitəsi Diniyevin qərarını dəyişdi.
- Hakim səhvi tək bizdə deyil. Bu, dünyanın hər yerində olub, bundan sonra da olacaq.
- Ümumiyyətlə, son vaxtlar PFL-in hakimlərin vasitəsi ilə “Qarabağ”a kömək etməsi haqda ittihamlar səslənir. Bu ittihamlara cavab olaraq nə deyə bilərsiniz?
- Bu mövzuda danışmağa ehtiyac yoxdur. Çünki hamısı boş söhbətlərdir.
- Niyə bu cür söz-söhbətlər yaranır?
- Bunun hardan qaynaqlandığını bilmirəm. Bircə onu deyə bilərəm ki, boş söhbətlərdən başqa bir şey deyil.
- Premyer Liqamızda daha bir komanda maliyyə dəstəyini itirdi. “İnter”in bu durumu çempionata necə təsir edəcək?
- “İnter” zəifləməyib. Son oyunda “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəldilər.
- Hər halda AFFA Beynəlxalq Bank kimi sponsor ola bilməz.
- Sponsor sarıdan heç bir problemləri yoxdur. Maliyyə dəstəkləri var. Çempionat davam edir. “İnter” mövsümün sonuna qədər də bu cür davam edəcək. Avrokuboklara vəsiqə qazansalar, orada da oyunlarını keçirəcəklər. Heç bir problem olmayacaq. Narahat olmağa dəyməz.
- Çempionatın səviyyəsi ürəyinizcədir?
- Demək olar komandalar arasında güclü rəqabət var. İlk pillələrdə olan komandalar öz oyunları ilə seçilirlər. “Qarabağ” və “Qəbələ” təlim-məşq toplanışından sonra öz oyununu göstərə bilmir. Bu, hər zaman belə olub. Oyunlarını tapmaları üçün onlara 1-2 tur lazımdır. Hər iki komandanın baş məşqçisi futbolda öz sözlərini deyiblər. Bu komandalara görə narahat olmağa dəyməz. Onlar öz gözəl oyunları ilə həm çempionatda, həm də avrokuboklarda özlərini sübut edirlər.
- Çempionluq uğrunda əsas mübarizə də bu komandalar arasında gedir. Cəmi 2 komandanın çempionluğa namizəd olması Premyer Liqamızın zəifliyinin göstəricisi deyil?
- Xeyr. Demək olmaz ki, bu, tək bizdə belədir. Dünyanın çox ölkəsində çempionat bu cürdür. Hazırda bütün ölkələrdə vəziyyət oxşardır. Mən deyərdim ki, bizim futbolda güzəran daha yaxşıdır. Bizdə başqa ölkərin çempionatlarındakı kimi “qara oyunlar” olmur. Yəni sırf təmiz, pak çempionat keçiririk. Hər şey göz qabağındadır. Əsas odur ki, hər şey öz yolu ilə gedir.
Ramiq AĞAMƏMMƏDOV
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi