"Qəbələ"nin yeni transferi Rasim Ramaldanovun Qol.az saytına müsahibəsi
- Rasim, "Qəbələ"yə keçidin necə alındı?
- Mənə təklif göndərdilər. Heç düşünmədən razılıq verdim. Bir qədər əvvəl müqavilə imzaladım. İndi isə Qəbələyə gedirəm.
- Gürcüstanın "Kolxeti" klubunda yaxşı çxış edirdin, daimi heyət üzvü idin, qollar da vururdun. Niyə vətənə qayıtmağı üstün tutdun?
- "Kolxeti" ilə 6 aylıq müqavilə bağlamışdım. Müqaviləm başa çatdıqdan sonra maaşımın artırılmasını istədim. Onlar da dəqiq bir söz demirdilər. Ancaq yenə məni gözləyirdilər. Gürcüstanın başqa klublarından da təklif var idi. "Qəbələ"nin təklifindən sonra isə son qərarımı verdim.
- Gürcüstanla Azərbaycan futbolunu necə müqayisə edərdin? Onların çempionatı hansı səviyyədədir?
- Deməzdim ki, Gürcüstan çempionatı bizimkindən zəifdir. Düzdür, onların "Qarabağ" və "Qəbələ" kimi klubları yoxdur. Ancaq bəzi kubları bizimkilərdən güclüdür. Orada yaxşı futbolçular da çıxış edir. Sadəcə, klublar maliyyə baxımından zəifdirlər.
- "Qəbələ"də sənin mövqeyində oynayan güclü mərkəz müdafiəçiləri var. Səni çətin rəqabət gözlədiyini bilirsən?
- Bəli, "Qəbələ"də yaxşı müdafiəçilərin olduğunu bilirəm. Sabit oyunu ilə seçilən legionerlərdi. Komandaya uyğunlaşıblar. Ancaq rəqabətin olmağı yaxşıdır. Heç vaxt bundan qorxmamışam. Tam gücümlə çalışacam ki, "Qəbələ"yə meydanda kömək edim. Komandanın çempion olması üçün yaxşı şans yaranıb.
- Xeyli müddətdir milliyə dəvət almırsan. "Qəbələ"yə keçidin millinin qapılarını yenidən üzünə aça bilər?
- Təbii ki, "Qəbələ"yə keçidimdə milli komandaya qayıtmaq istəyimin də rolu oldu. Burada oynamaqla yığmaya dəvət almaq şansım daha da artar. Əsas hədəflərimdən biri də milli komandaya qayıtmaqdır.
- Milli komandamızda mərkəz müdafiəçisinə tez-tez ehtiyac duyulur. Əsasən də Rəşad Sadıqov zədələnəndə. Ancaq Gürcüstanda sabit oynadığın müddət də millimizin baş məşqçisi Robert Prosineçki sənə dəvət göndərmədi.
- Gürcüstanda oynayanda tam formada idim. Özümü milliyə hazır sayırdım. Baç məşqçidən dəvət gözləyirdim. Ancaq mənə etimad göstərmədi. Mən həmişə milli komandamıza kömək etməyə hazıram. Baş məşqçinin işinə qarışmaq istəmirəm. Nə vaxt çağırsa, öz üzərimə düşəni edəcəm.
- "Qəbələ"nin "Qarabağ"la çempionluq mübarizəsi haqda nə deyə bilərsən?
- Hamı bilir ki, hazırda Azərbaycanın ən gücül klubları "Qarabağ" və "Qəbələ"dir. "İnter"i də yaddan çıxarmaq olmaz. Çempion olmaq üçün yaxşı şansımız var. Çox istəsək, buna nail la bilərik.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi