Milli komandamızın üzvü Daniel Axtyamovun Qol.Az saytına müsahibəsi
- Bir müddət əvvəl Qazaxıstanın “İrtış” klubunun düşərgəsində olsan da, bəyənilmədin. “İrtış”a transferinin baş tutmamasını nə ilə izah edirsən?
- Həqiqətən də “İrtış”da baxışda idim. Əvvəlcə orada işlərim pis getmirdi. Hətta yoxlama oyunlarının birində qol da vurdum. Lakin növbəti oyunda zədə aldım. Transferin baş tutmamasını da bununla əlaqələndirirəm. Mənə elə gəlir ki, zədə almasaydım, bəlkə də transferim baş tutardı.
-İndi haradasan?
-Hazırda Rusiyadakı evimdəyəm. Zədəmi müalicə etdirirəm. İndi məni yalnız tezliklə zədəmi bərpa etmək maraqlandırır.
- Həkimlər zədənlə bağlı nə deyirlər? Nə vaxt meydana qayıda biləcəksən?
- Konkret vaxt deməyiblər. Müalicəmi davam etdirirəm. Mən də çalışıram ki, tezliklə zədəmi bərpa edim.
- Amma belə çıxır ki, hələ bir müddət də klubsuz qalacaqsan?
- İndiki halda əlimdən bir iş gəlmir. Zədəm sağalandan sonra özümə yeni klub tapmağa çalışacağam.
- “Simurq”a böyük ümidlərlə transfer olunsan da, tezliklə komandadan ayrıldın...
- “Simurq”dan getməyimin yalnız bir səbəbi var. Orada mənə güvənmirdilər. Özümü göstərmək üçün şans vermirdilər. Buna görə də getmək qərarına gəldim. Klubun prezidenti ilə də ümumi dil tapa bilmədik.
- Baş məşqçi Roman Pokora gedişinə nə dedi?
- Heç nə demədi.
- Komandada sənə qarşı münasibət necə idi?
- Normal. Amma sonradan aramızda sanki anlaşılmazlıq yaranmışdı. Onlar mənə güvənmirdilər. Meydana yalnız çox nadir hallarda çıxırdım.
- Ümumiyyətlə, “Simurq”a transferin necə alındı? Komandaya tapşırıqla götürüldüyün barədə xəbərlər yayılmışdı...
- Bu sözləri mən də eşitmişdim. Amma insanları başa düşmürəm. Axı necə belə söz demək olar? “Simurq”da mən yalnız oynayıb, özümü göstərmək istəyirdim. Amma mənə lazımı qədər şans vermirdilər. Bu da mənə çox pis təsir edirdi. Halbuki mən oynayıb, özümü göstərmək və deyilənlərin əksinə olaraq, zəif futbolçu olmadığımı sübuta yetirmək istəyirdim.
- Səni milliyə dəvət etdiyi üçün milli komandamızın baş məşqçisi Berti Foqts mətbuat tərəfindən çoxlu tənqid olunurdu...
- Bu haqda imkan düşdükcə oxuyurdum. Əlbəttə, haqqımda yazılanlar mənə çox pis təsir edirdi. Mən də çox istəyirdim ki, Azərbaycan milli komandasına kömək edim.
- Milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət almadın. Bundan xəbərin var?
- Hə, bilirəm.
- Fikrincə, Foqts nəyə görə səndən imtina etdi?
- Axı mən zədəliyəm.
- Məgər Foqtsun bundan xəbəri var?
- Əlbəttə, xəbəri var. Elə buna görə də mənə dəvət göndərmədi. Digər tərəfdən yəqin ki, indiki halda klubsuz olmağım da Foqtsun qərarına təsir göstərib.
- Milli komandamız fevral ayının 25-də səfərdə İordaniya yığması ilə qarşılaşacaq. Bu matç proqnozun necədir?
- Ümumiyyətlə bu cür təlim-məşq toplanışlarının milli komandaya yalnız xeyri dəyə bilər. İnanıram ki, İordaniya ilə matçda komandamız əzmkar mübarizə mübarizə aparacaq. Nəticə bir o qədər də önəmli deyil. Önəmli olan bu oyunda qazanılacaq təcrübədir.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi