Adamiyanın «Bakı»ya transferi düyünə düşdü: komanda gürcüstanlı futbolçudan imtina edə bilər

Adamiyanın «Bakı»ya transferi düyünə düşdü: komanda gürcüstanlı futbolçudan imtina edə bilər
XƏBƏR 11 Yanvar 2009 / 16:41 3216
-  A +

«Neftçi» klubundan uzaqlaşdırılan gürcüstanlı hücumçu Georgi Adamiyanın «Bakı» klubuna transferi düyünə düşüb. Qol.Az-a verdiyi açıqlamada «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, «Neftçi» Adamiyanın transfer vərəqəsini geri qaytarmaq üçün ondan 180 min dollar məbləğində kompensasiya tələb edir: «Biz bu pulu ödəyə bilmərik». Z.Məmmədov Adamiyanın özü ilə transferlə bağlı bütün məsələləri razılaşdırdıqlarını, amma kompensasiya məsələsinə görə problemin qaldığını söyləyib.
«Bakı» Adamiyaya görə nə qədər kompensasiya ödəyə bilər» sualına cavabda Z.Məmmədov bildirib ki, komandanın 20-30 min dollar ödəməyə gücü çatar. O bildirib ki, əgər «Neftçi» qərarını dəyişməsə, o zaman «Bakı» Adamiyanın transferindən imtina edəcək.
Z.Məmmədov məsələylə bağlı bu gün «Neftçi» rəhbərliyilə danışıqlar aparacağını söyləyib.

Son xəbərlər