- İlk öncə mənim “Neftçi”də çalışmağımı arzulayan hər kəsə təşəkkür etmək istəyirəm. Etiraf edim ki, bu haqda yalnız bir neçə saat öncə xəbər tutdum. Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarından biri bu məsələ ilə bağlı mənə zəng edib, fikrimi soruşdu. Əlbəttə ki, Azərbaycandakı qardaşlarımızla birlikdə işləmək mənim üçün çox önəmli bir hissdir. Əgər klub rəhbərliyi ilə fikirlərimiz üst-üstə düşərsə, futbol fəlsəfəmiz uyğun gələrsə, sevə-sevə “Neftçi”də çalışaram. Niyə də olmasın?! Bu klubda işləmək mənim üçün problem olmaz. Çünki mənim özünəməxsus sistemim, planım var. Həmin sistemi Azərbaycanda sizlərlə birlikdə həyata keçirmək istəyərəm.
- Bir müddət öncə mətbuata açıqlamanızda ölkəmizdən bir neçə təklif aldığınızı bildirmişdiniz. Həmin klubların sırasında “Neftçi”nin adı var idi?
- Mən o zaman təhsil almaq üçün xaricə yollandığımdan bu təklifləri dəyərləndirə bilmədim. Amma onu qeyd edim ki, “Neftçi” ilə bərabər bir neçə Azərbaycan klubundan ciddi təklif almışdım.
- Son günlərdə bu məsələ ilə bağlı “Neftçi” rəhbərliyi ilə söhbətiniz olubmu?
- Xeyr, hələ ki, klubdan heç kim mənimlə əlaqə saxlamayıb.
- Azərbaycan premyer-liqasının oyunlarını izləyirsinizmi?
- Bəli. “Neftçi” klubunun keçən illərlə müqayisədə hazırda yaxşı oyun göstərmədiyini bilirəm. Bununla belə, “Neftçi” çox güclü komandadır. Komandanın Sadıq Sadıqov kimi dəyərli və çalışqan prezidenti var. Azərbaycana gələrsəm, “Neftçi” ilə uzunmüddətli çalışmaq istəyərəm. Planlarım çoxdur. Hər şeydən əvvəl uşaq futbolunu inkişaf etdirmək, yeni stadionların, bazaların tikilişində yaxından iştirak etmək istəyirəm. Əl-ələ verib Azərbaycan futbolunu dünyada tanıtmaq imkanına sahibik. Çalışdığım klublar hər zaman çempionluğa iddialı olublar. Bu “Neftçi” üçün də keçərli olacaq.
- Azərbaycan klublarında bir çox türkiyəli futbolçular, mütəxəssislər iştirak edir. Onlardan hansı ilə yaxın münasibətləriniz var?
- “Bakı”nın baş məşqçisi Bülənt Qorxmazı yaxından tanıyıram. “Xəzər Lənkəran”da çıxış edən Devran Ayxanla da münasibətim var. İvan Svetkov isə “Sivasspor”da çalışdığım zaman mənim rəhbərliyim altında oynayıb.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı