AZAL-ın müdafiəçisi Ruslan Əmircanovun Qol.az saytına müsahibəsi
- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Hər şey plan üzrə gedir. Ağır məşqlər edirik. Belə də lazımdır. Məşqlər nə qədər ağır olsa, oyunlar bir o qədər asan olur. Yoldaşlıq görüşləri keçiririk. Hər şey qaydasındadır. Əsas odur ki, heç kimdə zədə yoxdur.
- Bəzi aparıcı futbolçular AZAL-ı tərk etdi. Hazırkı heyət nəyə qədərdir?
- Yoxlama oyunlarında komandamız yaxşı təsir bağışlayır. Yoxlanışda olan futbolçular var. Onlar da özlərini göstərməyə çalışır. Baş məşqçimiz bildirib ki, 1-2 legioner də heyətə cəlb olunacaq. Hər halda komandamıza yaxşı legionerlər gəlməlidir. Gərək elə futbolçu gətirilsin ki, yerlilər də ondan nəsə öyrənsin. Bizdən fərqlənməyəcəksə, gəlməyin mənası yoxdur. Baş məşqçimiz də çalışır ki, elə heyət qursun ki, mövsümün ikinci yarısında yuxarı pillələrə qalxaq. Sonuncu yer bizə yaraşmır.
- AZAL-dan fərqli olaraq əksər klublarımız məşqlərini Antalyada davam etdirir. Hazırlıq səviyyəsindəki bu fərq çempionatın ikinci yarısında sizə çətinlik yaratmayacaq?
- Bəli, maliyyə cəhətdən problemlərimiz olduğu üçün ölkə xaricinə gedə bilmədik. Düzdür, futbolçular üçün başqa ölkədə hazırlıq keçmək rahatdır. Üstəlik, səviyyəli komandalarla yoxlama oyunları keçirirsən. Ancaq bütün komandalar eyni məşq prosesini keçir. Hər halda kimin necə hazırlaşdığı fasilə bitəndən sonra bilinəcək.
- AZAL-ın büdcəsinin zəif olması futbolçuların mübarizə ruhuna təsir edir?
- Maliyyə durumu cəhətdən ən zəif klub AZAL-dır. Ancaq acından ölmürük. Hamımız çalışırıq ki, komandamız Premyer Liqanı tərk etməsin. Komandanı elə bir pilləyə qaldırmalıyıq ki, AZAL-a yeni sponsorlar tapılsın. AZAL-a gələn futbolçular vəziyyəti əvvəldən bilirdi. Heç kimə əvvəlcədən deyildiyindən az maaş verilmir. Hamı ilə konkret söhbət olub. Buna görə də heç bir narazılıq yoxdur.
- Komandanız sonuncu pillədən qurtulmaq üçün “Neftçi” ilə mübarizə apara biləcək?
- Gördüyünüz kimi, “Neftçi” maliyyə sarıdan əziyyət çəkmir. Yeni futbolçular alıblar. Kifayət qədər legionerləri də var. Düzdür, yoxlama oyunlarının hamısında uduzublar. Bilmirəm, onların dərdi nədir. Yəqin ki, 3-cü dövrəyə daha yaxşı başalayacaqlar. Çalışacaqlar ki, Avropa Liqasına vəsiqə qazansınlar. Bilmək olmaz çempionatın sonunda kim neçənci yerdə olacaq. Hamısı özümüzdən asılıdır. Biz də bilirik ki, büdcəmizin zəif olmasına baxmayaraq, 8-ci yer AZAL-a yaraşmır. Ötən mövsüm də AZAL-ın büdcəsi o qədər yaxşı deyildi. Ancaq komandanın uzun bir məğlubedilməzlik seriyası oldu və az qala Avropa Liqasına vəsiqə qazanacaqdı.
- Bilirik ki, millimizin qapıçısı Kamran Ağayevlə yaxın dostsan. Onun “Boavişta”dakı çıxışı və son günlər Azərbaycana qayıtmaq istəməsi haqda yayılan xəbərlərə münasibətini bilmək istərdik.
- Kamranla müntəzəm olaraq danışıram. Onun Azərbaycana qayıtmaq istməsi ilə bağlı yayılan xəbərlərin hamısı boş söhbətdir. Kamran özü deyir ki, “Boavişta” ilə mövsümün sonuna qədər müqaviləm var və ən azı o müddətə qədər Portuqaliyadayam. Onu “Boavişta”da həm futbolçu, həm də bir insan kimi sevirlər. Kamranın fikri odur ki, daha yaxşı klub, səviyyəli çempionata getsin.
- Yəqin Kamranın “Benfika” ilə oyundan sonra dava saldığına görə 3 oyunluq cəzalandığını bilirsən.
- Xəbərdaram. Kamran haqda mənfi şeylər yazanlar onu istəməyənlərdir. Dünən Kamranla o dava haqda danışdım. Deyir penaltini vuran futbolçu mənə tərəf tüpürdü. Bu, kameraya düşməyib. Kamran şou-biznes adamı deyil ki, qalmaqalla gündəmə gəlsin. Sadəcə, ona söyüblər. Kamranda da azərbaycanlı qanı axır, söyüşü qəbul etməz. Mənə də söysələr, həmin addımı atardım.
Ramiq AĞAMƏMMƏDOV
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi