“Rubin” “Neftçi”nin prezidentini Kazana dəvət etdi

“Rubin” “Neftçi”nin prezidentini Kazana dəvət etdi
ÖLKƏ FUTBOLU 19 Fevral 2010 / 17:42 2567
-  A +

İkiqat Rusiya çempionu “Rubin”nin rəhbərliyi “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova rəsmi dəvət göndərib. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Kazan təmsilçisinin Sadıq Sadıqovu Rusiyaya dəvət etməkdə məqsədi iki klub arasında əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.Həmçinin səfər çərçivəsində Sadıq Sadıqov “Rubin” Futbol Klubunun infrastrukturu, komandanın hazırlıq prosesi ilə yaxından tanış olacaq. Səfərin vaxtı hər iki klubun rəhbərliyi arasında razılaşdırılacaq.

Son xəbərlər