Milli komandamızın daha bir üzvü Rusiya Premyer Liqasının iştirakçısı “Anji”nin maraq dairəsinə düşüb. Qol.Az-ın məlumatına görə, Mahaçqala klubu Mahir Şükürovun ardından “Qarabağ”ın əsas müdafiəçilərindən biri Elnur Allahverdiyevə də sahib çıxmaq istəyir: “Rusiya Premyer Liqasının bir neçə komandası, o cümlədən də “Anji” “Qarabağ”ın Avropa Liqasında və Azərbaycan millisinin seçmə mərhələ oyunları zamanı çıxışımı izləyiblər. “Anji” mənimlə müqavilə bağlamaqda israrlıdır. Hazırda da mənə təkliflər göndərirlər. Amma çempionatın ortasında “Qarabağ”ı heç bir komandaya dəyişmərəm. Ağdam klubu ilə müqaviləm hələ üç ay qüvvədədir. İstəyirəm ki, sözləşməm başa çatana qədər kluba xidmət edim. “Qarabağ”ın çətin gündə mənə sahib çıxmasından hamı xəbərdardır. Oyunlarda əlimdən gələni edib klubuma xeyir verməyə çalışmışam. Amma yayda Azərbaycandan getmək arzusundayam. Böyük ehtimalla “Anji”yə keçəcəyəm. Bir şeyi də deyim ki, Rusiya Premyer Liqasının daha bir klubu xidmətimdə maraqlıdır. Həmin komanda mənə uzunmüddətli müqavilə təklif edir”.
Mənbə: “Çempion-Azərbaycan” qəzeti
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi