Dünən keçirilən Premyer Liqanın XXI turun oyunlarından sonra “ilk altılıq”da yarışacaq beşinci komandanın da adı məlum oldu. Qol.Az-ın məlumatına görə, “İnter”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi”nin ardınca “altılığa” vəsiqə qazanacaq yalnız sonuncu komandanın kimliyi maraq doğurur. Hazırkı durumda “Simurq”u iki xal qabaqlayan “Qəbələ” həlledici mərhələyə daha yaxın görünür.
Həlledici mərhələdə komandaların əvvəki qarşılaşmalarda şəxsi oyunlarda topladığı xallar saxlanılacaq. Bu səbəbdən sonuncu vəsiqənin hansı komandaya qismət olacağı “Qəbələ” və “Simurq” kimi digər beş komandanı da yaxından maraqlandırır. Hazırkı durumda “qızıl xallar”a görə “Qarabağ” və “Xəzər Lənkəran” birinci-ikinci yerləri bölüşürlər. Son turda “Neftçi” ilə qarşılaşacaq “İnter” isə potensial liderdir. “Neftçi” isə son turda “bankirlər”i məğlub edəcəyi halda həlledici mərhələyə üçüncü pillədə başlayacaq. Maraqlıdır, görəsən digər beş kolletiv üçün “qızıl xallar” baxımından “Qəbələ”nin, yoxsa “Simurq”un “ilk altılığ”a düşməsi sərfəlidir?
Aparıdığımız kiçik araşdırmadan sonra məlum oldu ki, “Simurq”un final mərhələsinə vəsiqə qazanmasına Zaqatala klubundan sonra ən çox “Xəzər Lənkəran” sevinəcək. Çünki “ilk altılığ”a “Qəbələ” deyil, məhz “Simurq” vəsiqə qazansa, o zaman Lənkəran klubu əsas mərhələyə lider kimi başlayacaq. Digər tərəfdən “Simurq”un digər iddialılardan “İnter”i çıxmaq şərtiylə digər üç komandanı məğlub etməsi vəziyyəti qəlizləşdirir. “Simurq”un “ilk altılığ”a vəsiqə qazanması isə ən çox “Bakı”ya zərbə ola bilər. Çünki hazırda “qızıl xallar”a görə dördüncü olan və liderdən cəmi 3 xal geri qalan paytaxt təmsilçisi bu halda həlledici mərhələyə sonuncu, həm də liderdən 8 xal geridə başlayacaq. Bir sözlə, “Qəbələ”nin deyil, “Simurq”un “ilk altılığ”a düşməsi yalnız “Xəzər Lənkəran”a sərf edir. Çox güman ki, çempionluq baxımından həlledici xarakter daşıyan “qızıl xallar”ın sayına görə, həftə sonu digər 4 klub məhz Zaqatala klubunun deyil, “Qəbələ”nin həlledici mərhələyə vəsiqə qazanmasını istəyəcəklər.
“İlk altlığ”a “Qəbələ” vəsiqə qazansa, “qızıl xallar”a görə turnir cədvəli belə olacaq:
|
1 |
“Qarabağ” |
10 |
3 |
6 |
1 |
6-4 |
15 |
|
2 |
“Xəzər Lənkəran” |
10 |
3 |
6 |
1 |
8-4 |
15 |
|
3 |
“İnter” |
9 |
4 |
2 |
3 |
10-10 |
14 |
|
4 |
“Bakı” |
10 |
3 |
3 |
4 |
8-9 |
12 |
|
5 |
“Neftçi” |
9 |
2 |
5 |
2 |
6-5 |
11 |
|
6 |
“Qəbələ” |
10 |
1 |
4 |
5 |
6-12 |
7 |
“Qarabağ”: “İnter” 1:2;1:1, “Xəzər Lənkəran” 1:0;0:0, “Bakı” 1:0;0:0, “Neftçi” 1:0;0:0, “Qəbələ” 0:0; 1:1
“Xəzər Lənkəran”: “İnter” 1:0;1:1, “Qarabağ” 0:0;0:1, “Bakı” 1:1;3:0, “Neftçi” 0:0;0:0, “Qəbələ” 1:1;1:0
“İnter”: “Qarabağ” 2:1;1:1, “Xəzər Lənkəran” 0:1; 1:1, “Bakı” 1:0;0:2, “Neftçi” 1:2, “Qəbələ” 3:2; 1:0
“Bakı”: “İnter” 0:1;2:0, “Qarabağ” 0:1;0:0, “Xəzər Lənkəran” 1:1;0:3, “Neftçi” 0:2;1:1, “Qəbələ” 2:0;2:0
“Neftçi”: “İnter” 2:1, “Qarabağ” 0:1;0:0, “Xəzər Lənkəran” 0:0;0:0, “Bakı” 2:0;1:1, “Qəbələ” 0:1;1:1
“Qəbələ”: “İnter” 2:3;0:1, “Qarabağ” 0:0;1:1, “Xəzər Lənkəran” 1:1;0:1, “Bakı” 0:2;0:2, “Neftçi” 1:0;1:1
“İlk altlığ”a “Simurq” vəsiqə qazansa isə “qızıl xallar”a görə turnir cədvəli aşağıdakı kimi sıralanacaq:
|
1 |
“Xəzər Lənkəran” |
10 |
4 |
5 |
1 |
11-4 |
17 |
|
2 |
“Qarabağ” |
10 |
3 |
5 |
2 |
5-4 |
14 |
|
3 |
“İnter” |
9 |
3 |
3 |
3 |
9-10 |
12 |
|
4 |
“Simurq” |
10 |
3 |
3 |
4 |
8-11 |
12 |
|
5 |
“Neftçi” |
9 |
2 |
5 |
2 |
5-4 |
11 |
|
6 |
“Bakı” |
10 |
2 |
3 |
5 |
7-12 |
9 |
“Xəzər Lənkəran”: “İnter” 1:0;1:1, “Qarabağ” 0:0;0:1, “Bakı” 1:1;3:0, “Neftçi” 0:0;0:0, “Simurq” 3:0; 2:1
“Qarabağ”: “İnter” 1:2;1:1, “Xəzər Lənkəran” 1:0;0:0, “Bakı” 1:0;0:0, “Neftçi” 1:0;0:0, “Simurq” 0:0; 0:1
“İnter”: “Qarabağ” 2:1;1:1, “Xəzər Lənkəran” 0:1; 1:1, “Bakı” 1:0;0:2, “Neftçi” 1:2, “Simurq” 1:1; 2:1
“Simurq”: “Bakı” 2:1;1:2, “Qarabağ” 1:0;0:0 , “Neftçi” 1:0;0:0 , “Xəzər Lənkəran” 0:3, 1:2, “İnter” 1:1;1:2
“Neftçi”: “İnter” 2:1, “Qarabağ” 0:1;0:0, “Xəzər Lənkəran” 0:0;0:0, “Bakı” 2:0;1:1, “Simurq” 0:0; 0:1
“Bakı”: “İnter” 0:1;2:0, “Qarabağ” 0:1;0:0, “Xəzər Lənkəran” 1:1;0:3, “Neftçi” 0:2;1:1, “Simurq” 1:2; 2:1
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü