"İlk altılığ"a sonuncu vəsiqəni "Qəbələ" qazandı

"İlk altılığ"a sonuncu vəsiqəni "Qəbələ" qazandı
ÖLKƏ FUTBOLU 21 Fevral 2010 / 15:53 5173
-  A +

Bu gün keçirilən dörd oyunla Unibank Premyer Liqasında ilkin mərhələyə yekun vuruldu. Qol.Az saat 14:00-dan etibarən XXII turun, eləcə də ilkin mərhələnin son 4 qarşılaşmasından canlı mətn-reportaj yayımladı. 

21 fevral (bazar)
"Xəzər Lənkəran" - "Karvan" 3:0 
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər:
Rəhim Həsənov, Azad Q.Hüseynov, Aleksandr Musatkin, Hacıəli Ağayev

Oyun başa çatdı.

70. QOL. Mario Souza üçüncü qolu vurdu.

64. QOL. Erneka Opara komandasının ikinci qolunu vurdu.

55. Kamran Ağayev komandasını qoldan xilas etdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. Oyun yalnız meydanın "Karvan"a aid hissəsində keçir. 

33. "Xəzər Lənkəran" hücumlarını davam etdirir.

24. Opara hesab arasındakı fərqi artıra bilərdi. Son anda "Karvan"ın müdafiəçiləri ona mane oldular.

18. Qoldan sonra da üstünlük meydan sahiblərinin tərəfindədir.

13. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Alim Qurbanov 25 metrdən gözəl qola imza atdı.

10. İlk dəqiqələrdən üstünlük "Xəzər Lənkəran"ın tərəfindədir.

Oyun başladı.

 

"Qəbələ" - "Standard" 2:1 
Qəbələ şəhər stadionu, süni örtüklü meydança
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Mübariz Haşımov, Rasim Məmmədov

Oyun başa çatdı.

56. QOL. Vurğun Hüseynov "Qəbələ"ni hesabda önə keçirdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. Bu dəfə də Melnikin zərbəsindən sonra "Qəbələ"nin azarkeşləri təəssüfləndilər. Ukraynalı forvard "Qəbələ"nin ikinci qolunu vurmağa yaxın idi.

31. Paulinyo "Qəbələ"ni hesabda önə keçirə bilərdi. Lakin portuqaliyalı forvardın zərbəsində azacıq dəqiqlik çatmadı.

23. Qarşılıqlı qollardan sonra da tərəflər sakitləşməyiblər. Hər iki komanda açıq oyuna üstünlük verir.

12. QOL. Qonaqların sevinci cəmi iki dəqiqə çəkdi. Torres hesabı bərabərlışdirdi.

10. QOL. "Standard" hesabı açdı. Vitali Balamestnı sabiq klubunu cəzalandırdı.  

8. "Qəbələ" matça daha fəal başlayıb.

Oyun başladı.

 

"Turan" - "Simurq" 1:2 
Tovuz şəhər stadionu
Hakimlər: Azad Mütəllimov, Habil Əliyev, İsgəndər Əliyev, Elvin Əsgərov

Oyun başa çatdı.

90. QOL. Petr Kalavole hesab arasındakı fərqi minimuma endirdi.

65. QOL. Bolkvadze özünün və komandasının ikinci qolunu vurdu.   

57. Yurı Bulıçev topu qapı xəttindən çıxardaraq, "Turan"ın hesabı bərabərlşdirməsinə imkan vermədi.

51. "Turan" ikinci hissəyə fəal başlayıb.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. Elşən Məmmədovun zərbəsi qeyri-dəqiq alındı.

36. "Turan" iki dəfə hesabı bərabərləşdirə bilərdi. Lakin əvvəlcə Zaqatal klubunun qapıçısı, daha sonra isə müdafiəçilər qola mane oldular.  

28. Nadir Nəbiyev hesabı bərabərləşdirlə bilərdi. Lakin təcrübəli forvard qapıçıyla təkbətəkdən yararlana bilmədi.  

20. Üstünlük tamamilə "Simurq"un tərəfindədir.

13. QOL. David Bolkvadze "Simurq"u hesabda önə keçirdi.  

7. "Simurq" ilk dəqiqələrdə hesabı aça bilərdi. Lakin Ruslan Qunçakın zərbəsi qapı dirəyinə tuş gəldi.

Oyun başladı.

 

"İnter" - "Neftçi" 1:0 
"Şəfa" stadionu
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, Orxan Məmmədov, Zöhrab Əliyev

Oyun başa çatdı.

88. QOL. Karlsons hesabı açdı.

87. Qribauskas komandasının yüzfaizli qol şansından xilas etdi.

82. "İnter"də Rubinsi Quti, "Neftçi"də Rəşad Abdullayevi Suat Usta əvəzlədi.

74. Lomaya son anda Rail Məlikovun zərbəsinin qarşısını aldı.

70. "İnter"də isə Poşkusu Karlsons, Asif Məmmədovu Petar Zlatinov əvəzlədi.

68. Qribauskas növbəti dəfə komandasının qoldan xilas etdi.

66. "Neftçi"də Vladimir Voskoboynikovu Cavid Hüseynov, Marian Aliutanı isə Valentin Atem əvəzlədi.

60. Samir Abasov sarı vərəqəylə cəzalandı.

58. "Neftçi" hesabı açmağa çox yaxın idi. Lakin Assioli son anda Rəşad Abdullayevin zərbəsinin qarşısını aldı.

52. "Neftçi"nin müdafiəçiləri bu dəfə də Rubinsin qarşısını kəsdilər.  

48. Rubinsin zərbəsinin qarşısını son anda Rail Məlikov aldı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. Roşanın zərbəsi... Qribauskas yerindədir.

44. Neaqanın künc zərbəsindən ötürdüyü topa heç kim toxuna bilmədi.

42. Roşanın qüvvətli zərbəsi qapının üstündən keçdi.

35. Son dəqiqələrdə oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılar qarşısında real qol epizodu yoxdur.

24. Rəşad Abdullayevin cərimə zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi.

24. Aleksandr Çetoqanov sarı vərəqəylə cəzalandı.

21. "İnter" hesabı açmağa çox yaxın idi. Lakin Qirbauskas Samir Abasovla təkbətəkdən qalin ayrıldı.

16. Kruqlovun cərimə zərbəsi təhlükəli alınsa da, Lomaya qola imkan vermədi.

12. "Neftçi"nin əks hücumu təhlükəli alına bilərdi. Lakin Rəşad Abdullayev topu özündən irəli buraxdı.

4. Nyaqanın zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiq oldu.

2. Poşkus zərbə endirə bilmədi.

1. "Neftçi" ilk dəqiqədə künc zərbəsi yerinə yetirsə də, "İnter"in müdafiəçiləri topu uzaqlaşdıra bildilər.

Oyun başladı.

 

20 fevral (şənbə)
"Olimpik-Şüvəlan" - "Qarabağ" 1:1
"Şəfa" stadionu
Hakimlər: Əfqan Həmzəyev, Aydın Ələkbərov, Ramiz Əsədov, Rauf Cabbarov

Matç bitdi.

76. QOL. Admir Teli hesabı bərabərləşdirdi.

"Olimpik-Şüvəlan"da Doroşun əvəzinə meydana Nəriman Əzimov daxil oldu.

"Qarabağ"da dəyişiklik. Ayxan Abbasovun əvəzinə meydana Rəşad Sadıqov daxil oldu.

64. Elvin Məmmədov qapıçı ilə təkbətək çıxır. Zərbə qapıçıdan geri dönür.

62. QOL. İlqar Qurbanov hesabı açdı.

59. Junivan Suares topu "Qarabağ"ın qapısından keçirir. Lakin hakim oyundan kənar vəziyyət qeydə alır.

50. Zaur Həşimov cərimə zərbəsini vurur. Zərbə effektli deyil. Cahangir Həsənzadə topu tutur.

İkinci hissə başladı.

İlk yarı başa çatdı.

41. İlqar Qurbanov uzaq məsafədən zərbə vurur. Zərbə qüvvətli olmadı. Fərhad Vəliyev asanlıqla topa sahib çıxır.

32. Görüş əsasən meydanın mərkəzində keçir. Qapılar qarşısında real qol epizodu yoxdur.

9. Aslan Kərimovun uzaq məsafədən zərbəsi qapı tirindən geri dönür. Geri dönən topu Ayxan Abbasov qapıya yönəldir. Top qapıdan aralı keçir.

Qurban Qurbanov Rəşad Sadıqov və Elnur Allahverdiyevə bu görüşdə istirahət verib.

5. Vüsal Qarayev (Olimpik-Şüvəlan) cərimə meydançasına doğru ötürmə verir. Aftandil Hacıyev topu uzaqlaşdırır.

3. Görüşün ilk dəqiqələri meydanın mərkəzində keçir. 

Oyun başladı.

 

14:15 "Bakı" - "Muğan" 0:0
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Elşən Durmuşov, Ceyhun Haşımov

Matç bitdi.

90+3. Mahmud Qurbanov gözəl ötürmə verir. Adriano başla qapıya zərbə vurur. Qapıçı topu tutur.

85. Əziz Quliyev kobud oyuna görə sarı vərəqə ilə cəzalanır. Quliyev Yameoqoya qarşı sərt oynadı.

83. Səbuhi Həsənov ("Bakı") sarı vərəqə alır.

81. Künc zərbəsindən ötürlən topu Jaba başla qapıya vurur. "Muğan"ın qapıçısı Kurtanoviç yaxşı oynayır.

65. Soliçin təhlükəli zərbəsi qeyri-dəqiq alındı.

56. Soliç cərimə meydançasına daxil olsa da, əlverişli epizoddan qapıya zərbə vurmağa gecikdi.

52. "Muğan" ikinci hissəyə daha fəal başlayıb.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

44. "Bakı" daha bir əlverişli imkandan istidadə edə bilmədi. Bəxtiyar Soltanov hətta qapıçını aldatsa belə, topu qapıya göndərə bilmədi.

31. Jaba cərimə zərbəsindən sonra hesabı açmağa çox yaxın idi. Lakin braziliyalı forvardın zərbəsi qapının bir neçə santimetrliyindən keçdi.

25. Venio 3-4 metrdən başla qapıya dəqiq zərbə vura bilmir.

23. "Muğan" oyunda ən real qol epizodunu yaratdı. Yamaeqo başı üzərindən qapıya möhtəşəm aşırma zərbəsi endirsə də, qapı dirəyi "Bakı"nı qoldan xilas etdi.

11. "Muğan"ın qapıçısı son anda Soliçin ötürməsinin qarşısını almaqla komandasını real qoldan xilas etdi. 

8. Baş hakim Aleksandr Soliçi meydana boyunbağı ilə daxil olduğu üçün sarı vərəqə ilə cəzalandırdı.

3. Skuliçin başla zərbəsi az fərqlə qapıdan aralı keçdi.

Gözlənilənin əksinə olaraq "Bakı" matça əsas heyətlə çıxıb. Yeni ildən sonra ilk dəfə komandanı meydana kapitan qismində Cəmşid Məhərrəmov çıxarıb.  

2. Jaba cinahda iki müdafiəçini aldadaraq cərimə meydançasına ötürmə versə də, rəqib oyunçu son anda topu uzaqlaşdıra bildi.

Oyun başladı.

Premyer Liqa

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

"İnter"

22

15

4

3

36-18

49

2

"Xəzər-Lənkəran"

22

12

8

2

29-11

44

3

"Qarabağ"

22

11

9

2

21-12

42

4

"Bakı"

22

10

7

5

22-17

37

5

"Qəbələ"

21

10

6

6

24-21

36

6

"Neftçi"

22

9

8

5

20-14

35

7

"Simurq"

21

9

7

6

26-21

34

8

"Olimpik-Şüvəlan"

22

6

7

9

20-23

25

9

"Turan"

22

4

5

13

23-32

17

10

"Muğan"

22

3

7

12

12-27

16

11

"Standard"

22

2

5

15

16-34

11

12

"Karvan"

22

2

5

15

17-36

11


Son xəbərlər