Türkiyə milli komandasının və “Qalatasaray”ın sabiq futbolçusu Həsən Şaş karyerasını başa vurmasının səbəblərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, “Kanal 24”ə açıqlama verən Şaş onun ucbatından hazırda “Bakı”nın baş məşqçisi olan keçmiş komanda yoldaşı və baş məşqçisi Bülənt Qorxmazın haqsız yerə tənqid olunduğunu bildirib: “Bülənt Qorxmaz mənə şans verdiyi üçün çox tənqid olundu. Halbuki həmin vaxt komandada xeyli zədəli oyunçu var idi. Ciddi zədə almağıma baxmayaraq, iki ay yarım sonra komanda ilə birlikdə məşqlərə başladım. Mövsümün sonunda göndəriləcəyimi bildiyim halda, bu yaşda özümü yenidən göstərib, komandada qalmaq istəyirdim. “Hamburq”la oyunda hesab 2:3 olarkən meydana daxil oldum. Bülənt Qorxmazın komandada olmağıma ehtiyacı var idi. Həmin oyunda məğlub olaraq, mübarizəni dayandırdıq. Matçdan sonra mənə qarşı kütləvi şəkildə azarkeşlər etiraz edirdilər. Başımı aşağı əydim. Mənə bir anlıq elə gəldi ki, tunelə qədər olan məsafə çox uzanıb. Özüm-özümə Allahım kaş, “Ali Sami Yən” stadionu yarılaydı, mən də onun içinə girərdim dedim. Həmin oyundan sonra tənqidlər dayanmaq bilmirdi. Halbuki məni oyuna daxil edən Bülənt Qorxmaz, oyuna daxil olan Həsən Şaşın “Qalatasaray”da demə heç 10 dəqiqəlik təminatı yox imiş. “Ali Sami Yən”ə indi geri qayıt desən, geri dönə bilmərəm. O matç mənim sonumu hazırladı. Futbolçu karyeramı başa vurmağı da elə həmin gün qərara aldım”.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü