“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, qarşılaşma ilə yanaşı, Avroliqadakı çıxışları barədə də fikirlərini bildirib.
- İlin son matçında qələbə qazana bilmədiniz...
- Maraqlı oyun oldu. Baxmayaraq ki, həm qar yağırdı, həm də çox soyuq idi. Düzdür, qaçıb qızışırdıq, lakin yenə də donurduq. “İnter” də yaxşı komandadır, onlar da çempion olmaq istəyirlər. İlin son oyununda qələbə qazanmaq istəyirdik, şanslarımız da oldu, istifadə edə bilmədik.
- Deyəsən, zədə almısan?
- Xeyr, oyundan öncə də dizimdə ağrı vardı, ona görə dizimə buz qoymuşam.
- Bu mövsüm niyə “İnter”i məğlub edə bilmirsiniz?
- “İnter” zəif komanda deyil ki, biz onlara mütləq qalib gələk. Həqiqətən maraqlı komandadır, 5 müdafiəçi ilə oynayırlar. Çox ağıllı sistemləri var. Qalib gələ bilərdik, imkanlarımız oldu, amma top qapıya girmədi. 2-3 dəfə top boş qapıdan çıxdı, son dəqiqlərdə Reynaldonun da fərqlənmək şansı oldu. Futboldur, belə şeylər olur. Unutmaq lazımdır.
- Oyundan kənar epizodla bağlı nə deyə bilərsən?
- Mən heç vaxt hakimlərlə danışmıram. Səhv də desə, düzdür, düz də desə, düzdür. O, artıq qərarını vermişdi. Oyundan kənar olmasaydı da, heç nə deyən deyildim.
- Qış fasiləsində “Qarabağ”a yeni futbolçunun gəlməsinə ehtiyac varmı?
- Bu mənə aid sual deyil. Belə baxanda komandada hər şey qaydasındadır. Qışda oyunçu tapmaq da çətindir. Son qərarı baş məşqçi verəcək.
- “Fiorentina” ilə oyun yavaş-yavaş yaddan çıxır?
- Düzünü desəm, unutmaq ağırdır. Çempionatda köklənmək bir az çətin olur. Doğrudan da çox böyük şans idi. Baş məşqçimiz demişkən, hər bir şey təcrübədir. Başqa variant yoxdur, ağlımızdan çıxartmalıyıq.
- 2016-cı ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Baş məşqçi nə tapşırıq veribsə, onu yerinə yetirməyə çalışmışam. Pis-yaxşı, əsas odur ki, komandam üçün xeyrim olsun.
- “Beşiktaş”la oyun “Qarabağ”a nə verə bilər?
- Nə bilim vallah, “Beşiktaş”la əməkdaşlıq faydalı olar. Düzünü deyim ki, həmin oyun barədə o qədər də məlumatlı deyiləm. Mən futbolçuyam. Deyəcəklər ki, çıxıb “Beşiktaş”la oynayın, biz də oynayacağıq. Belə pis çıxmasın, Avropa Liqasında “Beşiktaş”dan daha yaxşı komanda ilə oynamışıq.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə