Milli komandamızın baş məşqçisi Berti Foqts “Neftçi” - “Xəzər Lənkəran” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Neftçi” - “Xəzər-Lənkəran” qarşılaşması haqda hansı fikirdəsiniz?
- Futbolun bəzəyi qoldur. Azarkeşlər də bura qol görməyə gəlmişdilər. Təəssüf ki, bu oyunda alınmadı. Biz mübarizənin daha çox mərkəzdə getməsinin şahidi olduq. Qol vurmağa çalışmaq lazımdır.
- Hər iki komandada Azərbaycan millisinin futbolçuları çıxış edirdi. Onlar haqda hansı fikirdəsiniz?
- Mən onlardan bu gün gördüyümdən daha çox şey gözləyirəm.
- Özünüz üçün bu oyun yeni futbolçu kəşf edə bildinizmi?
- Bəli, amma legionerləri.
- Türkiyə millisinə yeni baş məşqçi təyin olunub. Qus Hiddinkin təyinatına münasibətiniz necədir?
- Onu təbrik edirəm.
- Fevralın 22-də 2012-ci il Avropa çempionatının seçmə mərhələsində A qrupunun təqvimi müəyyənləşəcək. İlk oyunda hansı rəqiblə qarşılaşmaq istərdiniz?
- İlk rəqibimizin hansı komanda olmasının və harada oynamağımızın elə bir fərqi yoxdur. Onsuz da bütün rəqiblərlə üz-üzə gələcəyik. Biz qrupda favorit deyilik. Azərbaycanın adı püşkatmada sonuncu - 6-cı səbətdən çıxıb. Ona görə də digər yığmalar təkliflərini irəli sürəcək, biz isə dinləyəcəyik. Ümidvaram ki, sonda ortaq məxrəcə gələ biləcəyik.
- Sizin təqvimlə bağlı təklifləriniz var?
- Var. Amma indi mətbuata açıqlamaq istəmirəm.
- Martın 3-də seçmə mərhələdəki rəqiblərimizin iştirakı ilə yoldaşlıq görüşləri keçiriləcək. Siz bu oyunları izləməyə köməkçilərinizi göndərəcəksiniz?
- Almaniya - Argentina matçına baxacağam. Rəqiblərin oyunlarını izləmək üçün hələ tezdir.
- Millimizin daha çox hansı mövsümdə oyun keçirməsinin tərəfdarısınız?
- Yay aylarında Bakıda oynamaq bizim üçün daha yaxşı olardı. Çünki Almaniya, Belçika, Avstriya kimi yığmaların isti hava şəraitində oynamaqla bağlı problemləri var. Amma bu, bizim üçün üstünlükdür. Burada yayda isti havanın olduğunu Almaniya millisi də bilir. Ona görə də Frankfurt şəhərində təqvim müzakirə olunarkən, bu amili də nəzərə alacaqlar. Amma o dəqiqdir ki, hansı mövsümdən asılı olmayaraq, bütün rəqiblərimizlə oyunları keçirməliyik.
- Ötən il millimiz Bakıda Avropa çempionu İspaniya ilə yoldaşlıq görüşü keçirdi. Cari seçmə tsikldə də Almaniya və Türkiyə kimi güclü rəqiblərin olduğunu nəzərə alaraq, bu cür səviyyəli komandalardan biri ilə yoxlama matçı planlaşdırılıb?
- Hazırda yox. Çünki FİFA təqvimində yoldaşlıq görüşü üçün ayrılan martın 3-də biz Lüksemburqla qarşılaşacağıq. Növbəti belə oyun avqustda olacaq. Məncə, böyük ölkələr öz aralarında yoxlama matçı keçirmək istəyir. Hazırda planda belə bir oyun yoxdur. Olsa, biz hazırıq. Ötən il İspaniya Konfederasiyalar Kubokuna hazırlaşdığından, AFFA-nın baş katibi Elxan Məmmədov millimiz üçün Avropa çempionları ilə görüşmək imkanı yaratdı.
- İndi də dünya çempionatına hazırlaşan ölkələr var...
- Düzdür, dünya çempionatına hazırlaşan ölkələr mayda 3 yoxlama görüşü keçirəcək. Amma onlar güclü komandalara qarşı oynamağa çalışır. Onların planında Azərbaycan kimi kiçik futbol ölkəsi nəzərdə tutulmayıb. Avqustda yoldaşlıq görüşü keçirmək üçün rəqib tapa bilməsək, çalışacağıq ki, seçmə mərhələdə ilk oyunumuzu Bakıda keçirək. Bəzi federasiyalarla yoldaşlıq görüşü üçün danışıqlar aparırıq. Alına da bilər, alınmaya da... Öncə qrupların təqvimi müəyyənləşməlidir, sonra da yoldaşlıq görüşləri üçün danışıqlar aparılmalıdır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu