"Neftçi" "ilk altılıq"dakı yerini təmin etdi

ÖLKƏ FUTBOLU 17 Fevral 2010 / 16:08 5024
-  A +

Bu gün Unibank Premyer Liqada XXI turun oyunları keçirildi. Qol.Az saat 14:00-dan etibarən XXI turun qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.

"Qarabağ" - "İnter" 1:1  
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Ramiz Əsədov, Rəhim Həsənov

Oyun başa çatdı.

90+3. Vüqar Nadirovun ötürməsindən sonra heç kim topa toxuna bilmədi.

89. Əfran İsmayılov növbəti qol şansını boşa verdi.

84. Əfran komandasının hesabda önə keçirməyə yaxın olsa da, zərbəsində azacıq dəqiqlik çatışmadı.

80. Aslan Kərimovun zərbəsini Lomaya dəf etdi.

78. Vüqarın ötürməsindən sonra Elvin qapıya zərbə endirsə də, top "çərçivə"yə düşmədi.

76. "Qarabağ"da Namiq Yusifovun əvəzinə meydana Aslan Kərimov daxil oldu.

68. Rəşad Kərimovu Vüqar Nadirov əvəzlədi.

65. Elnur Allahverdiyev zərbəsi yaddaqalan oldu.

62. "Qarabağ" hesabda önə keçə bilərdi. Lakin Rauf Əliyevin zərbəsi qeyri-dəqiq alındı.

60. QOL. "İnter" hesabı bərabərləşdirdi. Poşkus fərqləndi.

53. "Qarabağ" hesab arasındakı fərqi artıra bilərdi. Lakin meydan sahibləri təhlükəli hücumu məntiqi sonluğa çatdıra bilmədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. "İnter"in yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alınsa da, Fərhad Vəliyev qola imkan vermədi.

37. Oyunda ilk sarı vərəqə "İnter"dən Danielo Asssioliyə göstərildi.  

31. "Qarabağ" ardıcıl iki dəfə hesab arasındakı fərqi artırmağa yaxın olsa da, Lomaya və müdafiəçilər səhvsiz oynadılar.

29. "İnter"in qapıçısı Lomaya Əfran İsmayılovun təhlükəli öptürməsinin qarşısını aldı.

22. QOLLL. "Qarabağ" hesabı açdı. Rəşad Kərimov fərqləndi. Bu, Rəşadın yeni klubunda rəsmi oyunlarda ilk qoludur.

15. Rauf Əliyevin zərbəsi qapıdan aralı keçdi.

11. Roşanən cərimə zərbəsi "çərçivə"yə düşmədi.

9. Künc zərbəsindən sonra Teli başla qapıya zərbə endirsə də, top üstdən keçdi.

6. İlk dəqiqələrdən mübarizə əsasən meydanın mərkəzində keçir.

Oyun başladı.

 

"Simurq" - "Olimpik-Şüvəlan" 2:0  
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Rasim Məmmədov, Aleksandr Musatkin, Eldar Nağıbəyov, Rövşən Əhmədov

Oyun başa çatdı.

85. "Simurq"dan Tural Cəlilov qırmızı vərəqəylə cəzalandı.

71. "Simurq" hesab arasındakı fərqi artırmaq üçün hücumlarını davam etdirir.

60. "Simurq" tamamilə üstünlüyə yiyələnib.

52. "Olimpik-Şüvəlan" azlıqda qaldı. İsmael Fransisko meydandan kənarlaşdırıldı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

42. QOL. Aleksandr Qolban "Simurq"un ikinci qolunu vurdu.

33. Oyunun gedişindən narazı qalan "Olimpik-Şüvəlan"ın baş məşqçisi Nazim Süleymanov artıq iki dəfə dəyişiklik hüququndan yararlanıb.

25. Qoldan sonra da üstünlük meydan sahiblərinin tərəfindədir.

17. QOL. "Simurq" hesabı açdı. Ruslan Qunçak fərqləndi.

13. İlk dəqiqələrdən üstünlük meydan sahiblərinin tərəfindədir.

Oyun başladı.

 

"Karvan" - "Bakı" 1:1  
Yevlax şəhər stadionu
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, İsgəndər Əliyev, Elçin Məmmədov

Oyun başa çatdı.

84. Sissoko növbəti dəfə komandasının qoldan xilas etdi.

69. Xaqani Məmmədov dubl etməyə yaxın olsa da, bu dəfə Sissoko ona sevinmək imkanı vermədi.

52. QOL. "Karvan" ikinci hissəyə qolla başladı. Xaqani Məmmədov hesabı bərabərləşdirdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

31. "Karvan" hesabı bərabərləşdirə bilərdi. Lakin Sissoko Fereyranın fərqlənməsinə mane oldu.

20. QOLL. "Bakı" hesabı açdı. Fabio Luis Ramim fərqləndi.

14. Adriano ardıcıl iki epizodda qol vurmaq şansının boşa verdi.

3. "Karvan"ın hücumu təhlükəli alına bilərdi. Lakin Sissoko qola imkian vermədi.

Oyun başladı.

Qarşılaşmadan öncə dünən dünyasını dəyişən "Bakı"nın həkimi Murad Mərdanlının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

"Neftçi" - "Xəzər Lənkəran" 0:0
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Elman Musayev, Əfqan Həmzəyev

Bu heç-heçə sayəsində "Neftçi" "altılıq"dakı yerini təmin etdi.

Oyun başa çatdı.

88. "Neftçi" yüzfaizlik qol şansından yararlana bilmədi.

85. "Xəzər Lənkəran"da Nizami Hacıyevi Allan Lalin, "Neftçi"də isə Rəşad Abdullayevi Cavid Hüseynov əvəzlədi.

84. Qribauskas növbəti dəfə komandasını qoldan xilas etdi.

81. "Xəzər Lənkəran" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, hər şey "Neftçi" üçün yaxşı qurtardı.

79. Kruqlov sarı vərəqəylə cəzalandı.

77. "Xəzər Lənkəran"dan Kristian Kabralı Devran Ayhan əvəzlədi.

73. Aliutanın zərbəsini Kamran ikinci cəhddə tuta bildi.

68. "Neftçi"də Vladimir Voskoboynikovu Valentin Atem əvəzlədi.

61. Elmar Baxşıyevin zərbəsi qüvvətli alınsa da, top qapıdan aralı keçdi.

56. Nyaqa cərimə meydançasına təhlükəli ötürməs versə də, heç kim topa toxuna bilmədi.

51. Todorovun zərbəsini Qribauskas tutdu.

46. Oparanın zərbəsi qapının yanından keçdi.

46. "Neftçi"də meydana Elmar Baxşıyev daxil oldu.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

45. "Xəzər Lənkəran" oyunda ən real qol epizodunu boşa verdi. Opara boş qapıdan topu keçirə bilmədi.

43. Rəşad Abdullayevin zərbəsi Kamranda qaldı.

40. Aliutanın asmasından sonra Rəşad Abdullayev topa toxuna bilmədi. Əks halda hesab açılacaqdı.

35. Kruqlovun qüvvətli zərbəsi qapıdan keçmədi.

30. Aliutanın zərbəsi qapının üstündən keçdi.  

22. Nizami Hacıyevin zərbəsini Qribauskas tutdu.

20. "Xəzər Lənkəran"ın hücumu təhlükəli alına bilərdi. Amma Svetkovun ötürməsinə toxunan olmadı.

16. Voskoboynikovun zərbəsi qapının üstündən keçdi.

4. Suat Ustanın zərbəsi qeyri-dəqiq alındı.

3. İlk təhlükəli vəziyyəti "Neftçi" yaratdı. Rəşad Abdullayev sabiq komandasını məyus etməyə yaxın olsa da, Kamran Ağayev qola imkan vermədi.   

Oyun başladı.

Qarşılaşmadan öncə bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən "Neftçi"nin əməkdaşları Alim Malikoğlu və Vahid Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

"Standard" - "Turan" 1:1  
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Ceyhun Haşımov, Samir Hacıyev, Mehman Mahmudov, Alik Yunusov

Oyun başa çatdı.

88. "Turan" son dəqiqələri azlıqda keçirəcək. Yevgeni Sayko qırmızı vərəqə aldı.

85. "Standard" ikinci qolu vurmağa yaxın idi. Lakin Ramal Hüseynovun zərbəsində azacıq dəqiqlik çatışmadı.

69. QOL. "Turan" hesabı bərabərləşdirdi. Yevgeni Sayko da penaltini dəqiq yerinə yetirdi.

63. Ramal Hüseynov sarı vərəqəylə cəzalandı.

54. QOL. "Standard" hesabı açdı. Maçado Seturidzeyə qarşı kobud oyuna görə təyin olunmuş penaltini dəqiq yerinə yetirdi.

46. "Standard"da Vitali Balamestnini Fərid Quliyev əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

37. "Turan"ın qolkiperi növbəti dəfə komandasını qoldan xilas etdi. Saidov bu dəfə Rodrigesin başla zərbəsini dəf etdi.

36. Oyun ərzində qapıya ilk zərbə. Maçadonun zərbəsini Saidov tuta bildi.

20. "Standard"da planlaşdırılmamış əvəzetmə. Qapıçı Xarçuk zədələndiyindən, onun əvəzinə meydana Anar Nəzirov daxil oldu.

17. Qapılar qarşısında qol epizodu yaranmayıb.

14. Oyun sakit tempdə başlayıb.  

Oyun başladı.

 

"Muğan" - "Qəbələ" 0:0  
Salyan şəhər Olimpiya Kompleksinin stadionu
Hakimlər: Zöhrab Əliyev, Azad Q. Hüseynov, Elşən Acalov, Azad Mütəllimov

Oyun başa çatdı.

70. "Qəbələ" hücumlarını davam etdirir.

65. Sokolovun başla zərbəsi qeyri-dəqiq alındı.

58. İkinci hissədə üstünlük tamamilə qonaqların tərəfindədir. Lakin "Qəbələ" hələ də rəqib qapısına yol tapa bilmir.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

45+1. "Muğan" azlıqda qaldı. Tagim Novruzov qırmızı vərəqylə cəzalandırıldı.

30. "Muğan" hesabı açsa da, hakim topu hesaba almadı.

21. "Qəbələ" üstünlüyə yiyələnib.

15. Fərrux İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

8. "Qəbələ" hesabı aça bilərdi. Lakin Qetsadzeninn zərbəsi qeyri-dəqiq alındı.

Oyun başladı.

 

TURNİR CƏDVƏLİ 

1

"İnter"

21

14

4

3

35-18

46

2

"Qarabağ"

21

11

8

2

20-11

41

3

"Xəzər Lənkəran"

21

11

8

2

26-11

41

4

"Bakı"

21

10

6

5

22-17

36

5

"Neftçi"

21

9

8

4

20-13

35

6

"Qəbələ"

21

9

6

6

22-20

33

7

"Simurq"

21

8

7

6

24-20

31

8

"Olimpik-Şüvəlan"

21

6

6

9

19-22

24

9

"Turan"

21

4

5

12

22-30

17

10

"Muğan"

21

3

6

12

12-27

15

11

"Karvan"

21

2

5

14

17-33

11

12

"Standard"

21

2

5

14

15-32

11

   


Son xəbərlər