.Milli komandamızın və “İnter”in müdafiəçisi Samir Abasov Qol.Az saytına verdiyi müsahibədə sabah “Qarabağ”a qarşı keçiriləcək çətin oyun, Fərhad Vəliyevlə münasibətləri, eyni zamanda soyadıyla bağlı açıqlamalar verib.
- Bu gün komandanız oyunqabağı son məşqini keçdi. “Qarabağ”la oyunun hazırlığı barədə nə deyə bilərsən?
- Hazırlığımız yaxşı keçdi. Hər oyuna necə hazırlaşırdıqsa, bu dəfə də elə. Qeyri-adi bir şey olmadı. İndi də elə yoldayıq. Biz də məsuliyyətimizi gözəl anlayırıq. Əlimizdən gələni edəcəyik ki, səfərdən qələbə ilə dönək. Yalnız bizi meydançanın durumu narahat edir. Deyilənə görə stadionun ot örtüyü bərbad haldadır. Həmçinin də düz deyil, kələ-kötürdü.
- Meydançanın vəziyyətinin yaxşı olmaması yəqin ki, oyununuza mənfi təsir göstərəcək?
- Əlbəttə. Bu cür meydandaça oynayarkən gərək ikiqat güc qoyasan. Belə olan halda hər bir fiziki cəhətdən güclü olmalıdır. Sona qədər meydanda mübarizə aparmağı bacarmalısan.
- Meydança amilini “Qarabağ” üçün əlavə üstünlük hesab etmək olar? Çünki Ağdam klubundan fərqli olaraq siz süni meydanda oynamağa öyrəşmisiz.
- Hə, bizim üçün bu cür meydanda oynamaq daha çətin olacaq. Çünki biz ev oyunlarımızı “Şəfa”da keçiririk. Amma heç nə edə bilmərik. Çıxıb, öz oyunumuzu oynamalıyıq.
- “Qarabağ” son oyunlarını izləyə bilmisən?
- “Karvan”a qarşı keçirdikləri matçı televiziyadan izlədim. Komandanın çıxışı xoşuma gəldi. “Qarabağ” əvvəlki kimi güclüdür. Bu səbəbdən də sabahkı matç çox çətin keçəcək.
- Bəziləri iddia edir ki, Vaqif Cavadovun gedişindən sonra “Qarabağ” zəifləyib. Bu fikirlə razısan?
- Şübhəsiz, Vaqif “Qarabağ”ın liderlərindən biri idi. Hesab edirəm ki, son 2-3 oyunda Cavadovun yeri görünür. Amma zamanla hər şey yoluna qoyulacaq. Çünki “Qarabağ”da Vaqifi əvəzləyə biləcək oyunçular var.
- “Qarabağ”ın heyətindən, xüsusən də hücum xəttindən əsas təhlükəni kimdən gözləyirsən?
- Mən bu komandanın heyətində kimisə fərqləndirmək istəməzdim. Çünki “Qarabağ”ın heyətində hansısa ayrı-ayrı futbolçuların üzərində qurulmayıb. Ağdam klubu komanda oyunu sərgiləyir. Məhz bunun da sayəsində yayda avrokuboklarda, eləcə də bu mövsüm çempionatda çox gözəl təsir bağışlayırlar. Komandanın heyətində gənclərlə yanaşı Aslan Kərimov, Rəşad Sadıqov kimi təcrübəli futbolçular var.
- Ötən mövsümdən etibarən rəqiblərini Quzanlıda qəbul edən “Qarabağ” hələ də evdə yenilməzdir. “İnter” sabahkı matçda ilkə imza ata bilər?
- Bizim də məqsədimiz məhz budur. Səfərə yalnız qələbə üçün yollanırıq. Amma nəticənin necə olacağını nə sən, nə də mən deyə bilərik. Biz bütün gücümüzü meydana qoyacağıq ki, səfərdən məhz üç xalla qayıdaq. Liderliyimizi davam etdirmək, eyni zamanda “qızıl xalları”ımızın sayını daha da artırmaq üçün bu görüşdə qələbə bizə çox vacibdir.
- Ötən mövsüm məhz Quzanlıda itirilən iki xal “İnter”i çempionluqdan etdi. Demək olar ki, bu dəfə “İnter” həmin xal itkisinin əvəzini çıxmağa çalışacaq?
- Sözün açığı, ötən il baş verənləri artıq unutmuşuq. Həm də futbolda belə hallar olur. Ona qalsa, iki il əvvəl də məhz “Qarabağ”ın sayəsində son turda çempion olduq. Buna görə də həmin məqamı qabartmağa dəyməz. O qaldı, keçən ildə. Bu dəfə yalnız cari mövsümdə çempion olmaq üçün qələbə qazanmalıyıq, vəssəlam.
- “İlk altılıq”da mübarizə aparacaq komandalardan dördünün adı məlumdur. Səncə, son iki vəsiqə uğrunda mübarizə aparan kollektivlərdən hansılar istəyinə çatacaq?
- Mən “Qəbələ”nin “ilk altılığ”a düşəcəyinə əminəm. Digər vəsiqəni qazanmağa isə “Neftçi” daha şanslıdır. Amma “Neftçi”nin qarşıdakı iki oyunu çox çətindir. Buna görə də sonuncu komandanın kim olacağını demək bir qədər çətindir.
- “Qarabağ”la ilk dövrədəki oyundan sonra rəqib komandanın qapıçısı Fərhad Vəliyevlə aranızda mübahisə yarandı. Hətta buna görə həmin vaxt AFFA İntizam Komitəsi hər ikinizi 3 oyunluq cəzalandırmışdı. İndi münasibətləriniz necədir?
- İndi münasibətlərimiz normaldır. Həmin söz-söhbətdən sonra Fərhadla birgə millinin düşərgəsində də olduq. Artıq aramızda heç bir problem yoxdur.
- Son bir məsələni dəqiqləşdirmək istərdim. Bəzən soyadın Abbasov, bəzən isə Abasov kimi qeyd olunur. Hansının dəqiq olduğunu özün desən, yaxşı olar.
- Mənim soyadım Abasovdur. Elə əvvəldən də belə olub. Həm şəxsiyyət vəsiqəmdə, həm də xarici pasportumda da soyadım Abasov kimi göstərilib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu