Sabah Unibank Premyer Liqanın XX turu çərçivəsində səfərdə “Bakı”nın qonağı olacaq “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Qol.Az saytına müsahibə verib.
- Qış fasiləsində heyəti istədiyiniz kimi gücləndirə bildiniz?
- Komandanın heyətini gücləndirmək üçün əlimizdən gələni etdik. Tam da olmasa, böyük ölçüdə heyəti komplektləşdirdik. Bu gün yalnız hücumçu əksikliyimiz var. Buna baxmayaraq, hazırda sərəncamımda olan hücümçulardan razıyam. Kənan Kərimov, İqor Melnik, Tomaş Stolpa, eyni zamanda sağdan insayd kimi çıxış edən portuqaliyalı Paulinyo “Qəbələ”nin uğurlu çıxışı üçün əllərindən gələni edirlər. Komandamın yeni ildəki çıxışından razıyam. Demək olar ki, hazırda heç bir ciddi problemimiz yoxdur.
- Komandanız yeni ildəki ilk iki oyunda qələbə qazansa da, etiraf etmək lazımdır ki, “Bakı” əvvəki rəqiblərinizdən daha güclüdür.
- Mən sizə bir söz deyə bilərəm. Bu mövsüm Azərbaycan çempionatında heç bir komanda zəif deyil. Komandaların hamısı meydana qələbə üçün çıxır ki, bu da oyunların gərginliyini artırır. Bundan əvvəl biz “Turan”ı məğlub etdik. Belə götürəndə Tovuz klubu autsayderlər arasında yer alır. Amma həqiqətən də “Turan”a qarşı oyunumuz çox ağır oldu. Mən deməzdim ki, “Bakı” “Olimpik-Şüvəlan”dan güclüdür və yaxud da zəifdir. Hər bir komandanın öz oyun üslübü var.
- İlk dövrədə “Bakı”ya uduzduğunuzdan yəqin ki, bu dəfə revanş almağa çalışacaqsınız?
- Evdə biz “Bakı”ya 0:2 hesabıyla məğlub olduq. Amma həmin matçda yenilməyimizə baxmayaraq, yaxşı oyun göstərdik. Həmin matçda qalib gələ bilərdik. Sabahkı oyuna gəldikdə isə fikrimiz meydanı yalnız qələbə ilə tərk etməkdir. Çalışacağıq ki, son üç turda xal ehtiyatımızı daha da artıraq.
- “Bakı” ilə oyunda heç-heçə sizi qane edəcək?
- Gücümüz “Bakı”ya qalib gəlməyə imkan verir. Düzdür, oyun heç-heçə də başa çata bilər. Çünki bu, futboldur və hər üç nəticə qeydə alına bilər. Amma bir daha təkrar edirəm ki, biz bura qələbə üçün gəlmişik.
- Rəqibin heyətində xüsusi fərqləndirə biləcəyiniz oyunçu var?
- Bəli, “Bakı”da belə oyunçular var. Son görüşlərdə bir neçə oyunçu özünü yaxşı tərəfdən göstərib. Ümumiyyətlə, bu komandada xoşuma gələn oyunçular var. Sadəcə olaraq, ad çəkmək istəmirəm. Biz “Bakı”nı yaxşı tanıyırıq və komandanın əsas oyunçularını zərərsizləşdirmək üçün nəzərimizdə xüsusi taktika qurmuşuq.
- Ümumiyyətlə, sabahkı oyunöncəsi komandanızda heyətlə bağlı hansısa problem var?
- Gördüyünüz kimi, hələlik məşq gedir. Oyunacan hələ bir gün var. Bilmək olmaz, necə olacaq. Kimsə elə bu məşqin gedişində də zədələnə bilər.
- Amma yəqin ki, sabahkı oyun üçün optimal heyəti özünüz üçün artıq müəyyənləşdirmisiniz?
- Əlbəttə, bunu özüm üçün müəyyənləşdirmişəm. Nəzərimdə tutduğum oyunçular var. Amma indidən nəsə demək üçün tezdir. Mən öz futbolçularımı fərqləndirmək istəmirəm. Onlar hamısı mənim üçün əzizdirlər. İnandığım futbolçuları komandaya yığmışam. Onların da ümidimi doğruldacaqlarına, “altılıq” uğrunda mübarizədə üzümüzü ağ edəcəklərinə inanıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu