Avro-2012-nin seçmə mərhələsininn püşkatmasının üstündən bir neçə gün keçməsinə baxmayaraq, müzakirələr hələ də davam edir. Qol.Az-ın məlumatına görə, Qazaxıstanın prosportkz.kz saytı bu gün növbəti dəfə “A” qrupunda yer alan komandaları dəyərləndirib. Qazaxıstanlı həmkarımız “A” qrupunda yer alan milli komandamız barədə də fikirlərini bölüşüb. Qazax jurnalist Azərbaycan futbolunun inkişaf etdiyini xüsusu qeyd edib: “Bizim qrupdakı sonuncu rəqibimiz Azərbaycandır. Bu komandanın sonuncu səbətdə yer alması anlaşılmazdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda dövlət futbolun inkişafı üçün xeyli vəsait xərcləyir. Futbolçulara göstərilən diqqət və qayğını görməmək mümkün deyil. Ölkəyə tanınmış əcnəbi mütəxəssislər dəvət olunur, yeni meydançalar tikilir, ölkənin müxtəlif yaş qrupları üzrə komandaları qitənin bir çox ölkələrində keçirilən beynəlxalq turnirlərdə qüvvələrini sınayırlar. Kaş ki siz də Azərbaycan futbol federasiyasının binasını görəydiniz. Beş mərtəbəli bina müasir zövqlə, texnikayla bəzədilib və günəş kimi parıldayır. Kaş ki bizim də belə bir ofisimiz olaydı. Amma Qazaxıstan Futbol Federasiyasının ofisi mərkəzi stadionun manejində yerləşir. Azərbaycan futbolunda maliyyə ilə heç bir problem yoxdur. Onlar planlı şəkildə fəaliyyət göstərirlər. Biz də isə hər zaman gözlənilməz problemlər ortaya çıxır. Təbii ki, oyunun nəticəsiylə bağlı biz hansısa mülahizə irəli sürə bilərik. Amma nəticənin necə olacağını yalnız Allah bilir. Qoy, qarşıdakı oyunlar göstərsin ki, kim daha yaxşı fəaliyyət göstərir”.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq