İsveçrənin "Sion" klubu maaşlarının azaldılmasına razı olmayan 9 futbolçunun müqaviləsini ləğv edib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin prezidenti Kristian Konstantin koronavirus pandemiyasına görə oyunçulara müvəqqəti razılaşma təklif edib və aylıq 12 min avro maaş alacaqlarını bildirib. Bu təklif fubolçuların narazılığına səbəb olub. Klub rəhbərliyi isə maaşının azaldılmsına razı olmayan 9 oyunçu ilə yollarını ayırıb.
Həmin futbolçulardan biri Aleks Sonq onlara məlumat vermədən belə bir addım atdıqları üçün klub rəhbərliyini FİFA-ya şikayət edəcəyini deyib:
"Martın 20-si, cümə günü yoxlama oyunu keçirdik. Bazar ertəsi klub prezidenti ilə görüşəcəkdik. Amma sonra ondan xəbər çıxmadı. Çərşənbə axşamı Votsap vasitəsi ilə bildiriş göndərdilər. Bizdən maaşlarımızda endirim ediləcəyi yazılan bir sənədi imzalamağımızı istəyirdilər. Sənədə görə bizə aylıq 12 min avro ödəyəcəkdilər. Bu gün hər bir klubda futbolçularla görüşlər olur. Məsələ ilə əlaqədar bizə heç bir məlumat verilməmişdi. Hətta kapitanımız belə bilmirdi. Biz də futbolçular olaraq sənədi imzalamamaq qərarına gəldik. Çünki açıqlama gözləyirdik. Danışıb, həll yolu tapa bilərdik. Amma nə oldu, bilmirəm. Baş verənləri heç kim anlamadı. Ona görə niyə qovulduğumuzu anlamıram".
Qeyd edək ki, müqaviləsi ləğv edilən digər 8 futbolçu Kristian Zok, Paytim Kasami, Ermir Lenyani, Xavier Kuassi, Birama Ndoye, Yohan Corou, Maykıl Fassinetti və Seydou Dumbiadır.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi