“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bunlardan 25-i Azərbaycan Premyer Liqası, 6-sı Azərbaycan kubokuna təsadüf edib. Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb. Belə ki, bombardirlərin “20-liy”ində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.
Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan üç top geri qalır. Baqali Dabonun aktivində 27 qol var. İlk “20-lik”də 10-dan çox qol vuranlar yer alıb.
Ümumilikdə isə 2005-ci ildən indiyədək 546 matç keçirən “Qəbələ” 725 qol vurub. Komandanın 134 oyunçusu rəqib qapısına yol tapıb.
“Qəbələ”nin 20 ən yaxşı bombardiri
1. Viktor Mendi - 33
2. Dodo - 30
3. Baqali Dabo - 27
4. Filip Ozobiç - 25
5-7. Cavid Hüseynov - 20
Stiven Jozef-Monroz - 20
Rövşən Əhmədov - 20
8. Daniel Subotiç - 19
9-10. Aleksey Qay - 18
Kənan Kərimov - 18
11. Yannik Kamanan - 17
12. Deon Burton - 15
13. Sergey Zenyov - 14
14-15. Asif Məmmədov - 13
Samir Zərgərov - 13
16-18. İbrahim Hüseynov - 12
Vitali Balamestnı - 12
Ceyms Adeniyi - 12
19-20. Ruslan Qurbanov - 11
Rəşad Yusubov - 11
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video