Milli komandamızın və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Qol.az-a müsahibəsi:
- Koronavirusdan qorunmaq üçün nə edirsiniz?
- Bu mövzuda bacardığım qədər həkimlərin verdiyi tövsiyələrə riayət edirəm. Çünki bu, həm cəmiyyətimizə, həm də həkimlərimizə yardımdır. Düşünürəm ki, onların işlərini daha da asanlaşdırmalıyıq. Ona görə ki, hələ bu xəstəliyin vaksini tapılmayıb. Bacardığımız qədər həkimlərə dəstək olmalıyıq. Göstərilən bütün tədbirlərə- spirtdən istifadə, maskalarla qorunmaq, ictimai yerlərdən uzaq olmaq, insanlarla təmasdan çəkinməyə əməl edirəm. Bu qərar qəbul edildikdən sonra mən heç bir ictimai yerdə, kafedə, restoranda olmamışam, çəkinmişəm. Bunun səbəbi də daha çox özümü qorumaq deyil, məndə hər hansı bir xəstəlik olarsa, insanlara təhlükə yaratmamaqdır. İmmun sistemini gücləndirmək üçün isə meyvə və tərəvəzlər, vitaminlər qəbul edirəm. Çünki indi havanın isti-soyuq olduğu aylardır. Əvvəllər də bu aylarda qripə yoluxma halları çox olurdu. Amma indi artıq qripə yoluxmaq insanlarda şübhə yarada bilər. Ona görə də daim profilaktik tədbirlər həyata keçirirəm. Həkimlərimizin qeyd etdiyi kimi, spirtlə əlləri yumaq, əllərin gigiyenasını saxlamaq və digər məsələlərə riayət edirəm.
- Koronavirusa görə yaranan fasiləni oyunçular necə keçirir?
- Daha çox evdə oluruq. Həm həkimlərimizə yardım etmək istəyirik, həm də insanları qorumaq üçün ən doğrusu evdə qalmaq, ictimai yerlərdən, insanlarla ünsiyyətdən ehtiyyatlı olmaqdır. Bu qərar yalnız özünün deyil, digər insanları qorumaq üçün də qəbul olunub. Düşünürəm ki, ən doğrusu budur. Biz də əməl etməyə çalışırıq. Bütün gün evdə oluruq, fərdi məşqlər edirik. Evdə olduğum müddətdə kitablar oxuyuram, filmlərə baxıram. Bundan əlavə bu məsələlərlə bağlı son xəbərləri izləyirəm. İnşallah, bütün bəşəriyyətə şad xəbər verilər.
- Hansı kitabları oxumusunuz?
- Ən son oxuduğum kitab Xanın "Sancaqlı kölgələr və Leyla Xuni" əsəridir.
- Sizcə, çempionatın dayandırılması doğru qərar idi?
- Əlbəttə. Çempionatın dayandırılması barədə heç kimin neqativ fikri yoxdur. Yəni, qərar verilibsə, artıq doğru qərar kimi qəbul edirik və anlayışla qarşılayırıq. Bu, yalnız Azərbaycanda deyil, bütün dünyada gedən prosesdir. Məncə, çempionatın dayandırılması qərarı doğrudur. Bu mərhələdə bacardığımız qədər insanları qorumalıyıq.
- Bu vəziyyətin futbolçuların psixoloji və fiziki durumuna təsiri olacaqmı?
- Əlbəttə ki, təsiri olacaq. Çünki psixoloji cəhətdən yanaşsaq, artıq oyunçuların sağlamlıq haqda düşüncələri idman düşüncələrindən daha irəlilədir. İndi hər kəs sağlamlığını düşünür. Fiziki baxımdan da oyunçu matça çıxmırsa, məşqlərə qoşulmursa, sözsüz ki, fiziki durumunda eniş olacaq. Bu, qaçılmazdır. İnşallah, bu mərhələni yaxşı şəkildə geridə qoyacağıq. Düşünürəm ki, psixoloji problemləri aşmalıyıq. İndiki vəziyyətdə psixoloji problemlər bizi daha çox geri qoya bilər, nəinki fiziki.
- Bəs, bunlar komandada hər hansı geridüşməyə səbəb ola bilərmi?
- Geridüşmənin olmağı qaçılmazdı. Sözsüz ki, bu, hamıda eyni cür effekt verəcək. Yəni, bütün komandalarda, futbolçularda geridüşmə olacaq. Ancaq ediləcək bir şey yoxdur. Yenə deyirəm, qərar qəbul edilibsə, bu mərhələni keçməliyik. Belə məslələr komanda şəklində bir yerdə olmağımızın qarşısını alır. Sözsüz ki, burada sağlamlıq amili var. Amma ümumi olaraq 1 aylıq fasilə bütün komanda və futbolçuların geridüşməsinə səbəb olacaq.
- Oyunların və məşqlərin keçirilməməsi maaşlarınıza təsir edəcəkmi?
- İndiki durumda ən önəmli şey sağlamlığımızdır. Maaş və digər maddi məsələlər bizə maraqlı deyil. Sağlamlığımız maddiyyatdan daha öndədir. Düşünürəm ki, bu məsələ bizim üçün ən aktual mövzudur. Hər kəs sağlamlığını düşünür. Heç kim maaş və ya maddiyyat haqda fikirləşmir.
Antoni Marsial bu klubda
"Benfika"dan heç-heçə
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video
Millimiz böyük hesabla Gürcüstana uduzdu
"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov
"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
"Şəfa" və "Səbail"dən qələbə
"Daha aqressiv kollektiv görmək istəyirik" - Adil Şükürov
"Daha da yaxşı olmalıyıq" - Elmar Baxşıyev
"Turan Tovuz" futbolçularını "Qəbələ" və "Kəpəz"ə verdi
"Qarabağ" - "Zirə": Heyətlər
“Mançester Yunayted”də Onananın gedişinə görə rahatlıq
Millimizin yekun heyəti müəyyənləşdi
Təxirə salınan “Sabah” – “Qarabağ” matçının vaxtı bilindi
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Turan Tovuz"un hücumçusu "Kəpəz"də - Rəsmi
Arne Slot ayın ən yaxşısı seçildi
"Sumqayıt"dan ayrıldı, "Səbail"ə keçdi
Azərbaycan millisi Avropa çempionatının yarımfinalında
Qalyardini bu kluba keçdi
"Beşiktaş"ın futbolçusu Yunanıstan klubunda
Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda - Rəsmi
Slimaninin yeni klubu bilindi
AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi
"Roma"nın futbolçusu "Benfika"da
Ronaldinyonun oğlu Acunun klubunda
1:11 uduzdular, baş məşqçini göndərdilər
"Napoli"nin futbolçusu Rusiya klubuna keçdi
"Qarabağ"ın rəqibi Laporteni aldı