Lempard Kloppu qabaqladı

Lempard Kloppu qabaqladı
DÜNYA FUTBOLU 8 Noyabr 2019 / 17:20 3713
-  A +

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
 
Qol.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.

London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Zadəganlar" "Sauthempton" (4:1), "Nyukasl" (1:0) və "Bernli"ni (4:2) məğlub edib.

Qeyd edək ki, Lempard bu ad uğrunda mübarizədə Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Brendan Rodcers ("Lester") və Din Smiti ("Aston Villa") üstələyib.

Bizi İnstaqramda da izləyin!


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı