Modriç Bakıdan ad günü hədiyyəsi ilə qayıtmaq istəyir

Modriç Bakıdan ad günü hədiyyəsi ilə qayıtmaq istəyir
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2019 / 13:17 3227
-  A +

"14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız 2 və ya 3 ad günümü burada qeyd etməmişəm".

Qol.az  xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bu gün 34 yaşı tamam olan "Real"ın yarımmüdafiəçisi qeyd edib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olar: "Ad günüm oldu-olmadı, 3 xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Jurnalistlərin “Davor Şuker, Dario Srna və başqa bir neçə sabiq xorvat ulduzlar karyerasını 34 yaşında bitirib. Siz də buna hazırlaşırsızmı” sualına Modriç belə cavab verib: "Yığmada oynamaqdan xoşum gəlir və bunu bacardığım qədər davam etdirəcəm. Dünya çempionatından sonra çoxları deyirdi ki, millidən getməyim üçün ən ideal vaxtdır. Amma mən bu cür hiss etmədim".

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı