"İnter"dən uğursuz start (YENİLƏNİB)

"İnter"dən uğursuz start (YENİLƏNİB)
GÜNDƏM 4 İyul 2013 / 22:51 10787
-  A +

Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Avroliqadakı təmsilçilərimizdən Bakının "İnter" klubu turnirdə ilk oyununa çıxıb.

Kaxaber Sxadadzenin komandası Finlandiyanın "Mariehamn" klubunu qəbul edib. Cütün aşkar favoriti məlum olmasa da, təmsilçimizin dogma meydanda uğur qazanacağına ümidlər çox idi. Lakin "İnter" evdə "Mariehamn"la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.







4 iyul


Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu

21:00."İnter" (Azərbaycan) - "Mariehamn" (Finlandiya) - 1:1
Qollar:
Asif Məmmədov, 7 (1:0), Petteri Yokihara, 72 (1:1)
Baş hakim: Serqeyus Sliva (Litva)
Bakı. "Bayıl Arena" stadionu


"İnter": 1.Georgo Lomaya, 4.İvan Benitez, 5.Sloavço Georgiyevski, 7.Ruslan Əmircanov, 9.Alexandr İaişvili, 11.Asif Məmmədov, 20.Brüs Abdullaye, 21.Arif Daşdəmirov,28. Baçana Sxadadze, 47. Abdulla Abatsiyev, 70.Vaqif Cavadov,

"Mariehamn": Peter Enkelman, Östlihd Robim, Tommi Virtanen, Pekka Laqerblom, Rocer Tomson, Dever Orcil, Emil Anderson, Yani Lyuski, Alanço Adlam, Dieqo Assis və Patrik Biskata.

Daha çox


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı