Anar Salmanov Çempionlar Liqasının oyununda

Anar Salmanov Çempionlar Liqasının oyununda
GÜNDƏM 28 İyun 2012 / 18:49 2596
-  A +

FIFA referisi Anar Salmanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Salmanov ilkin təsnifat mərhələsində qarşılaşacaq "Düdelanj" (Lüksemburq) - "Tre Penne" (San Marino) cütünün qalibi ilə Avstriyanın "Zalsburq" klubu arasında iyulun 17-də keçiriləcək oyunu idarə edəcək.

Onun köməkçiləri Mehman Mahmudov və Zeynal Zeynalov olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi