Həbsdən çıxan məşhur boksçumuz Almaniya şirkətiylə müqavilə bağladı

Həbsdən çıxan məşhur boksçumuz Almaniya şirkətiylə müqavilə bağladı
GÜNDƏM 2 Aprel 2012 / 13:40 3122
-  A +

Yeddi illik həbs cəzası çəkdikdən sonra bu ilin yanvarında azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb.

Qol.Az-ın məlumatına görə, bu günlərdə Almaniyanın “LBN Boxpromotion” şirkətiylə iki illik müqaviləyə imza atan Məmmədov artıq məşqlərə start verib. May ayında Fariz Məmmədovun Almaniyada bir döyüşü də nəzərdə tutulub.

Xatırladaq ki, Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion adını qazanıb. 2005-ci ilin yanvarında həbs olunan idmançı bu ilin yanvarında azadlığa buraxılıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi