Bahadır Nəsimov qeydə alınmayan qolunu şərh etdi

Bahadır Nəsimov qeydə alınmayan qolunu şərh etdi
GÜNDƏM 1 Aprel 2012 / 19:37 3259
-  A +

"Top havada olarkən mübarizə aparmaq üçün yüksəyə tullandım. Lakin məndən fərqli olaraq Admir Teli yerindən tərpənmədi. Mən də özümdən asılı olmayaraq onun üzərinə düşdüm".

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi” klubunun hücumçusu Bahadır Nəsimov deyib.

"Qarabağ"la oyunda (0:0) vurduğu qolun hakim tərəfindən qeydə alınmamasına münasibət bildirən Nəsimov bu haqda belə danışıb: "Hakimin qərarı haqda dəqiq bir söz deyə bilmərəm. Çünki həmin epizodu yaxşı görə bilmədim. Həmin epizodun videoyazısına baxdıqda hər şeyə aydınlıq gələcək".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi