Pelenin adı lüğətə "ən yaxşı" sözünün sinonimi kimi daxil edildi

Pelenin adı lüğətə "ən yaxşı" sözünün sinonimi kimi daxil edildi
DÜNYA FUTBOLU 27 Aprel 2023 / 11:15 1254
-  A +

Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin adı “ən yaxşı” sözünün sinonimi kimi Braziliya dili lüğətinə daxil edilib. 

Qol.az xəbər verir ki, bu barədə Braziliya Fondunun rəsmi “Tvitter”i məlumat yayıb.

Lüğət Pele sözünün aşağıdakı istifadələrinə yer verib : "O, tennis dünyasında Peledir. O, Braziliya dramaturgiyasının Pelesidir".

Pele 2022-ci ilin dekabrında xərçəngdən vəfat edib. Əfsanəvi futbolçunun 82 yaşı var idi. Pele tarixdə üç dəfə dünya çempionatının qızıl medalını (1958, 1962, 1970) qazanan yeganə futbolçudur. Braziliya millisinin heyətində hücumçu 92 oyun keçirib və 77 qol vurub. Pele klub karyerasının böyük hissəsini vətəni Braziliyanın "Santos" klubunda keçirib.


Son xəbərlər
24.05.25  12:10

"Napoli"dən ilk