Araz Abdullayev Türkiyə klubu ilə razılığa gəldi

Araz Abdullayev Türkiyə klubu ilə razılığa gəldi
XƏBƏR 14 Sentyabr 2020 / 19:40 14664
-  A +

Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Qol.az "Ajansspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi "Boluspor"la razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"