Modriçdən Messinin "Barselona"dan ayrılacağı xəbərinə münasibət

Modriçdən Messinin "Barselona"dan ayrılacağı xəbərinə münasibət
XƏBƏR 3 Sentyabr 2020 / 15:22 5371
-  A +

“Real”ın futbolçusu Luka Modriç Lionel Messinin “Barselona”dan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi deyib ki,  argentinalı hücumçudan Kataloniya klubundan ayrılması La Liqanın nüfuzuna böyük  təsir edəcək:

“Bu, Ronaldonun “Real”dan ayrılması ilə müqayisə oluna biləcək böyük bir itki olacaq. Ancaq keçmişi düşünə bilməzsən. Bu futboldur. Belə bir hal baş verərsə, La Liqanın nüfuzuna böyük zərbə olacaq. Amma irəliləmək lazımdır. Başqa ulduz oyunçular da olacaq.

Ronaldo “Real”dan ayrılsa da, bu klub uğurlarına davam etdi. Messi “Barselona”dan ayrıldığı təqdirdə, eyni şey olacaq”.

Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır