Ronaldo 8 milyona "Buqatti" aldı - Şəkillər

Ronaldo 8 milyona "Buqatti" aldı -  Şəkillər
XƏBƏR 31 İyul 2020 / 14:02 6099
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu “Buqatti Sentodieçi” üçün 8 milyon avro ödəyib.

Fransa şirkətinin bu avtomobili məhdud sayda buraxdığı bildirilib. Şirkət cəmi 10 ədəd “Buqatti Sentodieçi” hazırlayacaq. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Ronaldo yeni maşınını “Yuventus”un A Seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin “Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Xatırladaq ki, 35 yaşlı futbolçu bir neçə gün əvvəl çempionluq münasibətilə 6 milyon avroya yaxta da alıb.





Daha çox


Son xəbərlər