Türkiyə Superliqası ilə bağlı rəsmi qərar – Kubokun vaxtı da açıqlandı

Türkiyə Superliqası ilə bağlı rəsmi qərar –  Kubokun vaxtı da açıqlandı
DÜNYA FUTBOLU 28 May 2020 / 18:48 2412
-  A +

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Qol.az TFF-in saytına istinadən xəbər verir ki, iclasda Superliqanın taleyi ilə bağlı son qərar verilib.

Mövsümün daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.

Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da “Fənərbaxça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb.

Son xəbərlər