İngiltərəli mütəxəssis Azərbaycanı tərk edir

İngiltərəli mütəxəssis Azərbaycanı tərk edir
ÖLKƏ FUTBOLU 15 May 2020 / 13:40 1941
-  A +

"Qəbələ”nin dəvəti ilə ölkəmizə gələn və artıq 10 ildir ki, stadionların ot örtüyünə nəzarət edən Fil Şarples Azərbaycandan ayrılır.

Qol.az xəbər verir ki, ingilis mütəxəssis bu barədə özünün Feysbuk səhifəsində yazıb. O, koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə ölkəmizdən getmək qərarına gəldiyini bildirib:

“Bu günün xəbəri... Korona və neftin qiymətinin düşməsinin nəticəsi layihələrin gecikməsi. Artıq Azərbaycanı tərk etmək zamanıdır. Mənim çalışdığım departament artıq gələcəyə hesablanan işləri həyata keçirə bilmir, çünki xərcləri azaltmaq lazımdır. Beləliklə, mən 10 illik fasilədən sonra evimə qayıdıram. Artıq yeni qapıların açılması, yeni horizontallar zamanıdır. Deyəsən, korona məni yaxalayır, amma bu, heç də çox pis deyil!”

Qeyd edək ki, ingilis mütəxəssis Fil Şarplesin rəhbərlik etdiyi kollektiv Qəbələdəki stadionlarla yanaşı Bakı Olimpiya Stadionun, Respublika stadionun və "Azərsun Arena”nın təbii ot örtüyünə nəzarət edirdi.
 

Daha çox


Son xəbərlər
01.12.20  15:56

Zubir - 50

30.11.20  22:48

"Sivasspor" uduzdu