«Neftçi» klubu gürcüstanlı hucümçu Georgi Adamiyanın «Bakı» klubuna keçidinə razılıq verib. Qol.Az-ın məlumatına görə, hər iki tərəf arasında aparılmış danışıqlar müsbət nəticələnib.
«Bakı» klubunun baş meneceri Zeynal Məmmədov Qol.Az-ın əməkdaşıyla söhbətində Adamiyanın keçidinin hələ rəsmiləşmədiyini bildirib: «Amma bu məsələ iki-üç günə həll olunacaq». O, ikinci dövrədən etibarən Adamiyanın «Bakı»da çıxış edəcəyini vurğulayıb.
«Neftçi»nin vitse-prezidenti İlqar Quluzadə ilkin razılığa gəldiklərini təsdiqləsə də, Adamiya ilə bağlı sənədi hələ imzalamadığını bildirib.
Xatırladaq ki, «Neftçi»nin Adamiyanın transferinə görə kompensasiya kimi «Bakı»dan 200 min dollar istəməsi barədə məlumat yayılmışdı. «Bakı»nın baş meneceri Zeynal Məmmədov isə bu qədər məbləği ödəmək gücündə olmadıqlarını, qiymətin aşağı salınacağı halda «Neftçi»ylə razılığa gələ biləcəklərini demişdi.
Yankoviç qayıtdı!
MOİK - "Cəbrayıl" matçında 5 qol - Video
Azərbaycan millisində isveçrəli baş məşqçi
Cordan Pikfordla yeni müqavilə imzalandı
Fatih Terim bu millini çalışdıra bilər
"Mingəçevir" 3 xalı 3 qolla qazandı - Video
İtaliya kubokunun qalibi qapıçısı ilə müqaviləni uzatd;
"Şahdağ Qusar"dan səfər qələbəsi - Video
Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər
1-ci liqanın 3 oyununda 12 qol
2-ci Liqada 6-cı turun təyinatları açıqlandı
“Bavariya”nın müdafiəçisi Madrid nəhənginə keçir?
“Barselona”dan Messi ilə bağlı nostalji paylaşım
"Real" qapıçı axtarışında
Beyl: "Müflis olmaqdan qorxuram"
Harri Keyn “Tottenhem”ə qayıtma ehtimalını şərh etdi
Klyuvert İndoneziya millisindən getdi