“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Hər iki komandanı təbrik edirəm. “Qarabağ” çox yaxşı kollektivdir. Futbolçularıma demişdim ki, 1-2 fürsətimiz olacaq. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Turnir cədvəlində 1-ci yerdə olan komandaya qarşı oynayanda gərək yaxşı qapıçın və bir az da uğurun olsun. Şans bu gün yanımızda idi.
- Zədəli Ruslan Abışovun durumu necədir?
- Mən bura gəlməzdən əvvəl onun zədəsi var idi. Əzələ zədəsi məşqlərdən sonra özünü daha da göstərməyə başladı. Türkiyədə bu, özünü yenidən büruzə verdi. Onda zədədən əlavə psixoloji narahatlıq da var. Biz istəyirik ki, yavaş-yavaş komandaya qoşulsun. Birdən-birə qoşulsa yenidən onu 2 aylıq itirə bilərik. Bunu istəmirik. Bütün oyunçular bizim üçün önəmlidir, eyni zamanda kapitanımız da.
- Nəticə ürəyinizcədir, bəs oyun sizi razı saldı?
- “Qarabağ”da Zubir, Romero kimi ekstira keyfiyyətə malik futbolçular var. “Zirə” kimi onlara qarşı açıq oynasaq, 0:6 hesablı məğlubiyyət qaçılmaz olardı. Bu gün futbolçularımız meydanda hər şeylərini qoydular. Qapıçımız real epizodda bizi xilas etdi. Şanslıyıq ki, Stamenkoviç kimi qapıçımız var. Digər tərəfdən, təbii ki, hər məşqçinin oyundan əvvəl düşüncələri olur. Matçdan öncə rəqib üçün də, bizim üçün də aydın olmayan məqamlar var idi.
- Sayılmayan qol barədə nə deyə bilərsiniz?
- Mən heç vaxt hakimlər haqda, situasiyalar barədə danışmıram.
- Məlumatınız varmı ki, təmiz qol idi?
- Belə informasiyam yoxdur. Biz məşqçiyik, hakim deyilik ki, qərarların doğruluğu haqda danışaq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı