Premyer Liqamızın 17-ci turunun bu gün keçirilən “Səbail” – “Qəbələ” qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da davam edəcək ki, sadəcə, yazının mövzusu bu deyil.
Ona görə birbaşa keçirəm mətləbə. Matçı Bayıl stadionundan (arenanın indiki adı nəsə dilə yatmır) canlı izlədiyimdən əvvəl müsbət, sonra isə nöqsanlı məqamları qeyd etmək istəyirəm.
Birinci müsbət məqam
“Səbail”də Ruslan Hacıyev adlı 21 yaşlı bir cinah yarımmüdafiəçisi var. Aftandil Hacıyevin “Qarabağ”ın aşağı yaş qrupundan komandasına cəlb etdiyi bu istedadlı oyunçunun yaxşı gələcəyi ola bilər. “Qəbələ” ilə görüşdə əzmkarlığı, istəyi, sürəti ilə müsbət mənada fərqləndi. Hesabda geridə olan komandasının qələbəsində (3:1), fikrimcə, ən çox pay sahibi də məhz Ruslan oldu. Fərdi bacarığına görə cərimə meydançasına girib, əvvəlcə ikinci qolun ötürməsini etdi, sonra isə üçüncü qolla yekunlaşan penalti qazandı. Gərək ki, o, “Keşlə” ilə matçdakı yaxşı oyununa görə ötən turun rəmzi komandasına da düşüb.
Deməli, futbolumuzda hər şey qara rəngdə deyil. Az da olsa, yaxşı gənclərimiz yetişir. Kaş ki, gələcəkdə Ruslanda arxayınlıq, özünəvurğunluq yaranmasın. Əksinə, onun üçün hər şey indi başlayır. Həvəslənib istedad və potensialından layiqincə istifadə etsə, özü də qazanacaq, futbolumuz da.
İkinci müsbət məqam
“Səbail” özünə gəlir. Komanda həqiqətən çox istəkli və əzmkardır. Tasadüfi deyil ki, son iki turda qalib gəlirlər. Komanda 18 xalla 7-ci pillədə olsa da, 4-cü yerdəki “Sumqayıt”la arasında cəmi 4 xal fərq var. Bu gün ikinci hissəyə məğlub başlayan komanda 3 qol vurub layiq olduğu qələbəni qazandı. Məşqçi Hacıyevin işi görünür.
Yeni transfer, kənardan zahirən 16 yaşlı məktəblini xatırladan 28 yaşlı Hendrik Ekşteyn oyunun qurulmasında və ümumən çox fəal idi. Hələ ki, uğurlu transfer olduğunu qeyd edə bilərik. Sadəcə, “Səbail”ə aidiyyatı olmasa da, maraqlıdır, “Sabah” Ekşteynlə müqaviləni bu qış fasiləsində niyə və hansı məntiqlə ləğv edib?
Mənfi məqam (“Səbail”)
Ehtiyac olmadığı halda Maykl Essyen yenə də start heyətində yer almışdı. Dəfələrlə qeyd olunduğu kimi, 37 yaşlı bu futbolçu ağırdır, fiziki olaraq çatdıra bilmir. Komandasına xeyiri yox, ziyanı dəyir. Meydana çıxdığı hər oyunda “Səbail” sanki bir nəfər azlıqda oynayır. Bu gün də 62-ci dəqiqədə əvəzləndi. Ortada oynayan bir futbolçu üçün bu, ciddi nöqsandır. Ümumiyyətlə, mövsümün sonu Esyyenlə bir futbolçu kimi əməkdaşlıq dayandırılmalıdır. Klub rəhbərliyi bu haqda ciddi düşünməlidir.
Yeri gəlmişkən, “Səbail”ə artıq konkret rəsmi vəzifəsi olan bir idarəçi təyin edilməlidir. Media da, ictimaiyyət də bilməlidir ki, bu klubun işlərini kim idarə, icra edir. Belə bir şəxs faktiki olmadığına görə qeyri-müəyyənlik davam edir, xeyli sual da cavabsız qalır.
... Və “Qəbələ”.
Azərbaycan tarixinin ən yaxşı üç klubundan birinin yaxşı olmayan iqtisadi durumunun əsas komandaya vurduğu zərbə hər tur özünü göstərir. 17 oyuna cəmi 13 xal və sonuncu yer. Futbolçular çoxu gənc və təcrübəsiz (içlərində ümidvericiləri və potensiallıları olsa da. Xüsusi vurğulayacağım: Amin Seydiyev), məşqçi də həmçinin. Legionerlərin ümumi səviyyəsi də aşağı. “Qəbələ” sırf imkansızlıqdan belə çarəsiz duruma düşüb. Amma yenə də məhdud imkanlarla komanda ayaqda dura bilib. Amma klubun büdcəsi ilə bağlı belə qeyri-müəyyənlik davam etdikcə Avropaya ən azı çempionat yolu ilə getməkdən danışmaq da nağıl olar...
Aydın BAĞIROV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu