Millimizin və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov komanda yoldaşı Rəşad Sadıqovun rekordunu təkrarlayıb. Qol.Az-ın məlumatına görə, 22 yaşlı orta sahə oyunçusu dünən Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən Polşa “Visla”sı ilə cavab görüşündə (3:2) hesabı açmaqla, avrokuboklarda bombardirimiz olan Rəşada çatıb. Qeyd edək ki, millimizdə də çiyin-çiyinə top qovan bu futbolçuların hər ikisin hesabında 5 qol var. Ancaq Əfranın üstünlüyü bunu bir mövsümdə etməsidir. Yəni o, 5 qolun hamısını Avroliqanın cari mövsümündə vurub. Sadıqov isə buna 2007, 2008-ci illərdə “Neftçi”də, 2009-da “Qarabağ”ın heyətində imza atıb. Yığmamızın kapitanı 5 qoldan 3-nü indiki, 2-ni isə keçmiş komandasında vurub.
“Visla”nın qapısına qol vuran digər iki futbolçumuzdan yarımmüdafiəçi Rəşad Sadıqov “Qarabağ”ın heyətində avrokuboklarda, hücumçu Rauf Əliyev isə ümumiyyətlə, qitə miqyaslı turnirdə qol hesabını açdı. Sadiqov vurduğu qollarını sayını 3-ə çatdırdı ki, bunlardan ilk ikisinə “Neftçi”də sevinib.
Yeri gəlmişkən qeyd edək ki, Əfran Avroliqanın cari mövsümündə ən çox qol vuran futbolçuların siyahısında da liderlik edir. Avroliqada ən çox (5) qol vuran 8 oyunçu var ki, onlardan biri də məhz Əfrandır. Sadəcə “Qarabağ”ın üzvü digər rəqibləriylə müqayisədə meydanda daha çox olduğundan, UEFA-nın rəsmi sıralamasında 6-cı yerdə qərarlaşıb.
Sıra futbolçu klubu qol dəqiqə
1 Qarra Dembele “Levski” (Bolqarıstan) 5 296
2 Yura Movsisyan “
3 Fabio Silva “Rabotniçki” (Makedoniya) 5 366
4 Toseynt Rikkets “MüPA-47” (Finlandiya) 5 384
5 Vladimir Yurçenko “Dnepr” (
6 Əfran İsmayılov “Qarabağ” (Azərbaycan) 5 522
7 Vlado Zadro “Zrinski” (Bosniya və Hers) 5 540
8 İlari Äiyyala “MüPA-47” (Finlandiya) 5 540
Rodri əməliyyat olunacaq
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi
"Liverpul"la yeni müqavilə imzaladı
Qvardiolanın təyinatına maaş əngəli
Qurban Qurbanov onu bağışladı
"Payde" - "Zirə": Heyətlər açıqlandı
“Qarabağ” SSKA ilə oyuna bu heyətlə çıxır
"Çelsi"nin hücumçusu "Aston Villa"da - Rəsmi
Azərbaycan millisinin heyəti açqlandı
Luis Enrike PSJ ilə yeni müqavilə imzaladı
"Brügge"dən "Arsenal"a
Azərbaycan Premyer Liqasında mövsümün tam təqvimi