"Komandanı istədiyimdən də yaxşı gördüm" - Ayxan Abbasov

"Komandanı istədiyimdən də yaxşı gördüm" - <b style="color:red"> Ayxan Abbasov</b>
ÖLKƏ FUTBOLU 14 Yanvar 2020 / 18:20 1896
-  A +

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində bu gün Macarıstanın “Kapoşvar” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 3:4 hesablı məğlubiyyəti belə şərh edib: "Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".
 

Daha çox


Son xəbərlər
31.05.20  15:06

Qonşumuz da başlayır