Almeyda "Qarabağ"dan getdi

Almeyda "Qarabağ"dan getdi
ÖLKƏ FUTBOLU 24 Dekabr 2019 / 09:52 8943
-  A +

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Ağdam klubunu tərk edib.

Qol.az xəbər verir ki, bu barədə millimizin üzvü Qazaxıstanın sports.kz saytına müsahibəsində deyib: "Qarabağ"dan ayrılıram".

O, "Astana"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".

30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.

Bizi Feysbukda da izləyin!


Son xəbərlər