"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyuna yeni baş məşqçi ilə hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2-3 məşq birlikdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar da çox əziyyət çəkdi, 90 dəqiqə mübarizə apardıq. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz üç xal idi. Hesabda geri düşəndən sonra bərabərlik qolunu vuraraq heç olmasa bir xal qazanmaq istəyirdik. “Qarabağ” sıradan rəqib deyil. Bu cür oyunla çempionatda yaxşı nəticələr qazana bilərik.
- Bəs, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Oyunun sonralarında penalti epizodu var idi. Əliyar Ağayevə yaxınlaşdım və soruşdum ki, “100 faiz gördün epizodu?”. O da gördüyünü dedi. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Penalti var idisə, demək ki, haqqımızı yeyiblər. Əgər penalti olsaydı, ən azından bir xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.
- Yeni baş məşqçi komandaya hansı yenilikləri gətirib?
- Gəldiyi gündən meydanda kompakt oynayıb, xətlər arası boşluqlara yol verməməli olduğumuzu deyib. Oyundan sonra baş məşqçi səhvlərimizi göstərəcək. “Qarabağ”a qarşı pis müdafiə olunmadıq, pis vuruşmadıq. Sadəcə, qol çatışmadı.
- Bu mövsüm ilk dəfə idi ki, “Sabah”ın start heyətində 8 yerli futbolçu meydana çıxmışdı...
- Onsuzda komandamız yerlilərdən təşkil olunub. Düzdür, legionerlər də var. Amma kimin oynayıb, kimin oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, pis təsir bağışlamadıq.
- İki gün keçməmiş kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
- Çətin olacaq. Amma bu bizim işimizdir. İndi evə gedəcəyik, 7-8 saat yatıb, sabah yenidən məşqə gələcəyik. Bizim işimiz budur.
- Qol vurmaqda çətinlik çəkirsiz. Problem hücum xəttindəki legionerlərdədir?
- Hendrik Ekşteyn, Ulisse Diallo və Amadu Diallonun çempionatında üç qolu var. Məncə, məhsuldarlıqları o qədər pis deyil. Bu gün hücumda Amadu ilə oynayırdım. Çox vaxt müdafiədə oynadığıma görə, epizoda girməkdə çətinlik çəkirdim. Sonradan meydana Hendrik Ekşteyn və Rocer Roxas da girdi. Bilmirəm, vaxtımız çatmadı, yoxsa gücümüz, hər halda baş məşqçi səhvlərimizi göstərəcək.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər