"Neftçi"nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Yaxşı oynadıq. Bu tərzdə davam edib, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq.
- Hesab açılana qədər futbolçular arasında gərginlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?
- Məncə, heç bir gərginlik yox idi. Biz sadəcə, topa nəzarət edirdik. Oyun bizim əlimizdə idi. Buna görə 2 qol vura bildik.
- Xüsusilə birinci hissədə baş məşqçiniz dəfələrlə Dario Federikoya qışqırırdı. Onu çağırıb, cinaha çəkmək istəyirdi. Darionun oyunu haqda nə deyə bilərsiniz?
- Mən ümumiyyətlə, başqa futbolçunun performansı barədə danışa bilmərəm. Baş məşqçinin Dario haqda fikrini bilmək istəyirsinizsə, onunla danışın. Məncə, Dario sona qədər vuruşurdu. Bu gün özünü yaxşı göstərdi.
- Azarkeşlər 90 dəqiqə istefa şüarları səsləndirdilər. Bunun komanda daxilindəki atmosferə təsiri var?
- Bir qədər gərginlik var idi. Çünki bu günə qədər olan nəticələrimiz qənaətbəxş deyildi. Amma bizim baş məşqçimiz var. Meydanda onun verdiyi tapşırıqları yerinə yetiririk və bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə isə onu demək istəyirəm ki, onlar bizə lazımdırlar. Gəlib, 90 dəqiqə dəstək olsunlar. Biz vahid bir komandayıq, bu şəkildə də qalmalıyıq.
- Birinci dövrə bitir. Lider "Qarabağ"dan 8 xal geridəsiniz. Bu fərqi aradan qaldıra biləcəksinizmi?
- Təbii ki, 8 xal böyük fərqdir. Amma yenə də biz vuraşacağıq. Söz verə bilmərəm ki, "Qarabağ"ın çempionluğuna mane olacağıq. Amma buna çalışacağıq. Əlimizdən gələni edəcəyik.
Rodri "Real"la razılaşdı
PSJ-dən "Atletiko"ya
Urfan Abbasov "Kəpəz"də
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı