"Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.
- Asan oyun olmadı. Baxmayaraq ki, hesabda öndəydik, rəqib 2-ci hissədə bizə çətinlik yaradırdı. Uduzsalar da, bir an belə təslim olmaq istəmirdilər. Çoxlu pressinq edirdilər.
- 6 oyuna 6 qələbə, yəni, 18 xal. Necə düşünürsünüz, "Qarabağ" bütün oyunlarda qalib gəlib, rekorda imza ata bilər?
- Belə bir şeyin olması mümkün deyil. Oyundan-oyuna düşünürük, hər matça qələbə əzmi ilə çıxırıq. Amma bu gün üçün deyə bilərəm ki, mümkünsüzdür.
- Keçən il komandanız daha çox çətinlik çəkirdi. "Qarabağ" güclənib, yoxsa rəqiblər zəifləyib, çempionatın səviyyəsi düşüb? Məsələn, "Neftçi" 6-cı pillədədir.
- Komandaların zəiflədiyini deyə bilmərəm. Ötən mövsümlə müqayisədə "Neftçi"nin heyəti bu il daha güclüdür. Bizim möhtəşəm oynadığımızı da demək olmaz. Ola bilsin ki, bu mövsüm bəxt amili bizim tərəfimizdədir.
- Futbol dili ilə desək, ötən il hiss edirdiniz ki, arxanızda "Neftçi" var. Yəqin ki, cari mövsümdə bunu hiss etmirsiniz.
- Premyer Liqa hələ yeni başlayıb. Qarşıda 3 dövrə var. Ötən mövsüm xüsusilə dördüncü dövrə bizim üçün çətin oldu. Çempionluğun taleyini "Neftçi"ilə matça saxlamaq istəmirdik. Buna görə də hər şeyi daha öncədən həll etməyimiz üçün çox çalışırdıq. Bilmək olmaz ki, 3 dövrə sonra nə olacaq.
- Növbəti oyununuz əvvəlcədən asan proqnozlaşdırdığımız Lüksemburq səfərindədir. Reallıqda isə çətin görünür. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəlcədən kimsə "Düdelanj"ın asan rəqib olduğunu düşünə bilər. Amma qrupda "Sevilya"dan başqa bütün komandaların güc nisbəti bərabərdir. Bilirdik ki, asan oyun olmayacaq.
- "Qarabağ"ın nisbətən zəif komandalarla oyunu alınmır. Əksinə, güclü klublarla matçlarınızda daha yaxşı çıxış edirsiniz. Bu dəfə uğursuzluq seriyasını qırmaq olar?
- Bununla razı deyiləm. Rəqibin kimliyindən asılı olmayaraq, həmişə 90 dəqiqə oyuna köklənməyə çalışırıq.
- Xaymenin zədəli olmağının sizin oynamaq şansınızı artırdığını düşünürsünüz?
- Xaymenin tez bərpa olmasını, oyuna qədər hazır olmağını istəyirəm. Amma mən hər zaman hazıram.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi