"Keşlə"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik, bu nəticə bizi qane edərdi. "Neftçi" güclü rəqibdir. Sadəcə, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq.
- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?
- Bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin bu gün bizim günümüz deyildi. Ona görə də qol vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaqla, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.
- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?
- Yüngül zədə aldım. Mənim topuğumda zədə var. Təmas oldu, yenə ağrı yarandı.
- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?
- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ" çatmaq çətin olacaq. Çünki onlar sabit çıxış edir, tələsmirlər. Bir qol vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.
- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-sabit çıxışının səbəbini nədə görürsünüz?
- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onların yaxşı heyəti, futbolçuları var.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi