UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.
Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də "Dalğa Arena"da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.
Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyadakı ilk pley-off matçında "Linfild"ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq (Report).
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər