"Qarabağ”ın yenidən heyətinə cəlb etdiyi brazilyalı hücumçu Reynaldo Qol.az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb. O, komandaya qayıdışına, transfer prosesinə, hazırkı fiziki durumuna və bir çox mövzuya toxunub.
- İki illik fasilədən sonra “Qarabağ”a qayıtdın. Komanda səni necə qarşıladı?
- Qayıtmaq variantım ortaya çıxanda menecerlər vasitəsi ilə dərhal hərəkətə keçməyə başladıq. Mənim özümün də “Qarabağ”a qayıtmaq istəyim vardı. Bura mənim doğma evim kimidir. Çox isti qarşılandım.
- İlk təşəbbüs sənin tərəfindən oldu, yoxsa klubun məşqçi heyətinin?
- Əsas mənim geri dönmək istəyim vardı. Baş məşqçimiz də məni komandada görmək istədi. Nəticədə transfer gerçəkləşdi.
- Danışıqlar təxminən nə vaxt intensivləşdi?
- Danışıqların əsas mərhələsə dekabrda oldu. Çünki “Qarabağ”ın həm Avroliqada, həm də çempionatda vacib oyunları vardı. Mən də gözlədim ki, həmin oyunlar bitsin. Daha sonra da məni danışıq aparmaq üçün çağırdılar. Bu da dekabr ayına təsadüf edir.
- "Uypeşt”lə yoxlama oyununda azarkeşlər əsas sənin oyununu səbrsizliklə gözləyirdilər. Amma zədə səbəbi ilə oynamadın. Zədən nə dərəcədə ciddidir?
- Ümumiyyətlə, “Qarabağ” üçün mövsümün ilk yarısı bir az gec qutarıb. Yəni, bizdə - Qazaxıstanda isə noyabrda bitib. Mənim üçün fasilə bir az çox oldu. İstənilən halda, oyun praktikası başqadır. Düzdür, mən Brazilyada dostlarımla bəzən yoldaşlıq oyunlarında meydana çıxırdım, amma təbii ki, bu oyunlarla müqayisə olunmaz. Təlim-məşq toplanışında məşqlər bir az ağır olur. Yəni, ağır məşqlərə uyğunlaşmaq baxımından bir az çətinlik oldu. Mənə elə gəlir ki, artıq hər şey qaydasındadır. Növbəti məşqdən komandaya qoşula bilərəm. Heç bir ciddi zədədən söhbət gedə bilməz.
- Transferindən əvvəl Qurban Qurbanovun jurnalistlərə belə bir açıqlaması olmuşdu ki, Reynaldonu komandaya qaytaracağıq, amma onun qarşısında bəzi şərtlərimiz var. Bilmək olar, hansı şərtlər idi? Çünki mediada intizamsız davrandığına aid xəbərlər yayılmışdı. Bu iddiaları təsdiqləyirsən, yoxsa başqa səbəblər var idi?
- Ümumiyyətlə, bu sualı artıq neçənci dəfədir ki, mənə ünvanlayırlar. Cavabın da vermişəm. Bəli, baş məşqçimizlə aramda bəzi söhbətlər oldu. Amma istəməzdim ki, bu söhbətləri detallarına qədər açıqlayım. Keçmişdə baş verən neqativ məsələləri ortaya çıxarmağı düşünmürəm. İstərdim ki, daha çox elədiyim pozitiv şeylərə köklənək. Onları xatırlasaq, yaxşı olardı. İstər-istəməz keçmişdə buraxdığım səhvlərdən nəticə çıxarmışam və öz məsuliyyətimi dərk edirəm. Düşünürəm ki, bir daha elə şeylər olmayacaq.
- Riçard Almeydanın da komandaya geri dönməsi sənin üçün əlavə bir motivasiya oldumu?
- Heç şübhəsiz. Onun qayıdışına çox sevinirəm. Mənə elə gəlir ki, nəinki mən, bütün azarkeşlər və komanda üzvləri onun dönüşünə çox sevinirlər. Qazaxıstanda bir-birimizə qarşı oyuna çıxmamışdan əvvəl söhbət edəndə Riçard mənə yenidən “Qarabağ”a dönmək istədiyini bildirmişdi. Elə alındı ki, hər ikimiz də komandaya qayıtdıq. Təbii ki, burada çox uğurlu günlərimiz olub. Ümid edirəm ki, eyni uğurları yenidən yaşayacağıq.
- “Qarabağ”da oynayanda Qurban Qurbanov bəzi oyunlarda səni sırf hücumun sivri ucunda oynadırdı. Hazırda komandada həmin mövqedə problemlər yaranıb, yəni, yeni futbolçu alınmayıb. Baş məşqçi sənə həmin mövqedə vəzifə versə, özünü mərkəz hücumçusu kimi oynamağa tam hazır hiss edirsən? Baxmayaraq ki, sənə doğma mövqe deyil.
- İlk növbədə onu deyim ki, hələ mən əvvəlki formamı bərpa etməliyəm və əsas heyətə düşməliyəm. Çünki futbolçularımızın hamısı yaxşı vəziyyətdədir və oynayırlar. Ona görə əsas heyətə düşmək asan olmayacaq. O ki qaldı hücumun sivri ucunda oynamağa, baş məşqçimiz demək olar ki, əksər oyunlarda məni o mövqedə oynadırdı. Mənim üçün fərq etmir. Baş məşqçimiz hansı mövqedə vəzifə versə, oynamağa hazıram və oynamaq istəyirəm. Mövqedən asılı olmayaraq, komandama maksimum kömək etməyə çalışacağam.
- “Qarabağ” azarkeşlərinin əksəriyyəti sənin gəlişini müsbət qarşılasa da, səndən gözləntiləri də çoxdur. Son olaraq, azarkeşlərə nə demək istəyirsən?
- Bütün “Qarabağ” azarkeşlərinə, ümumiyyətlə, Azərbaycana təşəkkür edirəm. Mənə həmişə isti münasibət bəsləyiblər. Bunu hər zaman hiss etmişəm. Onu demək istəyirəm ki, komandanın uğur qazanması üçün tər tökəcəyəm, əlimdən gələni edəcəyəm.
DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu